Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Hafiz Hacıyev gecələr Tərtəri tərk edən icra başçısını topa tutdu — O, “mamauşağıdır”, qorxağın biridir!

Hafiz Hacıyev gecələr Tərtəri tərk edən icra başçısını topa tutdu — O, “mamauşağıdır”, qorxağın biridir!

“O, yaxşı qumarbaz olub, görünür axşam olanda köhnə xasiyyətləri yadına düşür”.

Bu sözləri Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun iş saatı bitdikdən sonra rayonu tərk edərək anadan olduğu Yevlax şəhərinə, ya da Gəncəyə üz tutması xəbəri ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Ölkə.Az-a açıqlamasında deyib:

“Bu çox ciddi məsələdir. İcra başçısı xalq üçün təyin edilir, o xalqın yanında olmalıdır. Tərtər strateji əhəmiyyətli bir rayondur. Tərtər ermənilərin hücumuna məruz qalan bir rayondur. Görünür Tərtər rayonun icra başçısı “mamauşağıdır”, qorxağın biridir. Əgər o qorxub qaçıb Yevlaxda, Mingəçevirdə qalırsa demək ki, o, yerində olmayan bir kadrdır. Bu gün Azərbaycanda rayon icra başçılarının əksəriyyəti elədir. Hərəsinin bir yerdə malikanəsi var. Eyş-işrətlə məşğul olmaq üçün başqa yerləri var. Onlar hər axşam saunada, barlarda dincəlirlər. Ona görə də, o, Mingəçevirə qaçır.

O adamın o rayona rəhbərlik etməyin heç bir mənası yoxdur. Bu məmurlar hər şeyin həddini keçiblər. Onlar dövlətçilik üçün yox, cibləri üçün işləyirlər. Bu fakta prezident administrasiyasından ciddi münasibət bildirilməlidir. Onun o rayona icra başçısı təyin olunmasında kimin rolu olub yaxşı bilirəm. O, Yevlax rayonunun keçmiş icra başçısının dostlarından biridir. O, yaxşı qumarbaz olub, görünür axşam olanda köhnə xasiyyətləri yadına düşür. Ona görə də, Yevlaxa, Mingəçevirə gedir”.

Qeyd edək ki, 47 yaşlı Müstəqim Məmmədov 2012-2014-cü illərdə isə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini işləyib. O, hazırki vəzifəsinə prezident İlham Əliyevin 7 may 2014-cü il tarixli sərəncamı ilə təyin edilib. Ölkə.Az

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın