Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Hadisəni tez unutdu, yeni sevgilisini hədiyyə yağışına tutdu – FOTO

Hadisəni tez unutdu, yeni sevgilisini hədiyyə yağışına tutdu – FOTO

Məşhur müğənni Hadisənin 1 ay öncə boşandığı keçmiş həyat yoldaşı Mehmet Dinçerler yeni eşqi ilə gündəmə gəlib.

Bakupost.az Türkiyə mediasına istinadən bildirir ki, Hadisəni tez unudan Mehmet küveytli müğənni Ravan ibn Hussainə bir könüldən min könülə vurulub.
Məlumata görə, toylardan birində səhnəyə çıxmaq üçün İstanbula gələn ifaçı Mehmet tərəfindən şahzadələr kimi qarşılanıb. Belə ki, iş adamı Nişantaşının ən lüks hotellərindən birində otaq kirayələyib. Üç gün üçün hotelə 70 min lirə ödəyən Mehmetin jestləri bununla da kifayətlənməyib.

İş adamı yeni sevgilisinin qaldığı otağa çoxlu çiçək və “Louis Vuitton” mağazasından aldığı 49 min lirəlik lüks çantanı göndərib. Onun brendin “Lock Me Ever” (Məni əbədiyyən bağla) adlı çantasını seçməsi də birmənalı qarşılanmayıb.

Küveytli ifaçı da bu jestlərə biganə qalmayıb. O, bütün hədiyyələrin şəkillərini özünün “Instagram” hesabında paylaşıb. İfaçı 3 gün sonra Türkiyədən gedəndə isə sosial şəbəkədə “Ürəyimi İstanbulda qoydum” cümləsini yazıb.

Hadisəni tez unutdu, yeni sevgilisini hədiyyə yağışına tutdu - FOTO
Hadisəni tez unutdu, yeni sevgilisini hədiyyə yağışına tutdu - FOTO

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …