Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Şou Biznes / Hadisə Azərbaycan xalqına təşəkkür etdi – VİDEO

Hadisə Azərbaycan xalqına təşəkkür etdi – VİDEO

Xəbər verdiyimiz kimi, ötən axşam Türkiyənin məşhur pop ulduzu Hadisə “Bakı Konqres Mərkəzi”ndə canlı solo konsert proqramı ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, repertuarında yer alan hitləri və sevilən nəğmələrini ifa edən sənətçi fürsətdən istifadə edərək, 2009-cu ildə Moskvada keçirilən “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində ölkəmizdən aldığı ən yüksək 12 xala görə, Azərbaycan xalqına təşəkkürünü ünvanlayıb.

“Hər şeydən əvvəl mənə olan hörmətinizə və sevginizə görə və 2009-cu ildə “Avroviziya”da mənə 12 xal verdiyiniz üçün sizə dərin minnətdarlığımı bildirirəm. Heç zaman yadımdan çıxmayacaq. Bu axşam mənimlə bərabər mahnılarımı oxuduğunuz üçün, bəzi nəğmələrimdə ayağa qalxıb rəqs etdiyiniz üçün və məni bu səhnədə yalnız hiss etdirmədiyiniz üçün sizə təşəkkürümü bildirirəm”, – deyə Hadisə fikirlərini ifadə edib.

Pop ulduzun dilə gətirdiyi səmimi sözləri tamaşaçılar tərəfindən rəğbət və gur alqışla qarşılanıb.

https://player.baku.tv/embed/60713

Həmçinin oxuyun

Vüqar Əhmədin müğənni qızı ailə qurdu – FOTO

Gənc ifaçı Almaxanım Əhmədlinin toyu olub. Belə ki, paytaxt restoranlarının birində baş tutan məclisnə tanınmışlar …