Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Hacıbala Abutalıbov Bakıya 6 milyondan çox gül gətirir

Hacıbala Abutalıbov Bakıya 6 milyondan çox gül gətirir

Gül bayramı ilə əlaqədar Bakıya müxtəlif ölkələrdən güllər gətiriləcək.

 

Bu barədə AzVision.az-a Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova bildirib.

Onun sözlərinə görə, Bakıya gətiriləcək güllərin sayı dəqiq bilinməsə də, ötənilkindən çox gül kompazisiyası hazırlanacaq.

“Bununla bağlı bizdə hər hansı sənəd yoxdur. Yalnız onu deyə bilərəm ki, builki Gül bayramı ötənildəkindən də möhtəşəm olacaq”.

Gül bayramının neçə gün davam edəcəyi də hələlik məlum deyil.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ötən il Gül bayramı üçün 6 milyon gül gətirildiyini bildirmişdi.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın