Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Hacı Nuran: ‘Həkimlər evlənməyi mənə qadağan etdilər’ – FOTOLAR

Hacı Nuran: ‘Həkimlər evlənməyi mənə qadağan etdilər’ – FOTOLAR

Həcc ziyarətindən yenicə qayıdan teleaparıcı Hacı Nuran ilə klip təqdimatlarının birində bir araya gəldik. 
Musavat.com saytının suallarına cavab verən teleaparıcı ilə söhbətə ziyarət təəssüratları ilə başladıq:
– İkinci dəfə Həci ziyarət etdiniz. Səfəriniz necə keçdi?
– Orada tam başqa dünyada olursan. Hər şey mükəmməl təşkil olunmuşdu.  Bu il ziyarətə 1 milyondan çox insan getmişdi. Şükür Allaha ki, əziyyətli olmadı. İlk dəfə 2003-cü ildə ziyarətdə olmuşam. O zaman avtobusla getdik, çox əziyyətli keçmişdi. Bu il təyyarə ilə getdik, çox rahat oldu.
– Ziyarətdən sonra daxilən sizdə nələr dəyişdi? 
– Həcc ziyarəti bir imtahandır. Orada ab-hava fərqlidir. İnsanlarla ünsiyyətdə olursan, bəzən tək qalırsan. Düşünməyə imkanın olur. İnsan hər etdiyi hərəkəti düşünür. Mən artıq insanlara qarşı daha diqqətliyəm, qəlb qırmamağa çalışıram. Ziyarət hər kəsə qismət olmur. Şükür Allaha ki, mənə ikinci dəfə qismət oldu. Hər il getməyi çox istərdim. Allahın nəsibi necədirsə, elə yaşayırıq. Allaha hamıya ziyarət qismət etsin.
– Uzun müddətdir ki, xərçəng xəstəliyindən müalicə olunursunuz. Hazırda səhhətiniz necədir? 
– Müalicəmlə əlaqədar tez-tez Almaniyaya gedirəm. Daim müşahidə altında olmalıyam. Həkimlər bildirirlər ki, tam sağalmaq şansım var. Sadəcə olaraq, bunun üçün uzun müddət lazımdır. Əsas odur ki, özümü yaxşı hiss edirəm.  Müalicəm müsbət nəticə verir.
– Müalicə olunmağınıza, çətin günlər yaşamağınıza baxmayaraq, daim sənət dostlarınızın yanındasınız, onların xoş günlərində sizi tez-tez görürük. Göstərdiyiniz bu diqqət qarşılıqlıdır? 
– Əlbəttə, qarşılıqlıdır. Almaniyada müalicə olunanda həmkarlarım, sənətçi dostlarım tez-tez məni ziyarət edirdi. Həcc ziyarətinə gedəndə də Röya, digər yaxın dostlarım məni yola salmağa gəlmişdi. Dostlarımın mənə qarşı olan sevgi və diqqətindən razıyam.
– Efirə nə zaman qayıdacaqsınız? 
– Efirə qayıtmağı çox istəyirəm. Mən “Xəzər” televiziyasının simasıyam.  Fəaliyyətimi orada davam etdirəcəyəm. Danışıqlar gedir, xeyriyyə xarakterli veriliş təqdim etməyi, köməyə ehtiyacı olanlara əl tutmağı, onlara ümid olmağı arzulayıram. Özümü başqa səpkili verilişdə görmürəm. Şou mənlik deyil.
– Hər zaman sizi fərqli və rəngarəng geyimlərdə görürük…
– Öz tərzi olan aparıcılardanam. Hər zaman göz qabağındayıq, fərqli olmalıyıq. Geyimlərimi özüm dizayn edib, tikirəm. Son zamanlar vaxtım az olduğu üçün paltar tikməyə zaman ayıra bilmirəm. Geyim tikməyi, bəzəməyi xoşlayıram.
–  Sənət adamlarından geyim hazırlamağınızı istəyənlər olub?  
– İstəyənlər olub. Bir-iki tanınmışa geyim hazırlamışam, adlarını açıqlamaq istəmirəm. Vaxtım az olduğu üçün istəsələr də, çatdıra bilmərəm.
– Evlənməyi nə zaman düşünürsünüz?
– Evlənmək istəyirəm. Ailə quracağım xanımı seçməmişəm. Müalicə ərəfəsində həkim evlənməyə icazə vermədi. Bədənim dərmanlardan təmizlənməlidir. Sağalan kimi evlənəcəyəm.
– Bir çox tanınmış öz fanatı ilə evlənir. Evlənəcəyiniz xanım fanatınız ola bilərmi?
– Əlbəttə, fanatım ola bilər. Əsas odur ki, o xanım məni başa düşsün. Hər hansı tədbirdən evə gec gələndə artıq fikirlər düşünməsin. Bilsin ki, tədbirdəyəm. Məndə yalan yoxdur, həyat yoldaşıma xəyanət etmərəm. Anlayışlı xanım axtarıram.
– Xanımın xarici görünüşü necə sizin üçün önəmlidirmi?
– Hər kəsin zövqü fərqlidir. Siz qaraşın, mən sarışın sevə bilərəm. Mənim üçün çox gözəl olan xanım sizin üçün çirkin ola bilər. Hər şey nisbidir. Əsasən xanımın daxili aləmi gözəl olmalıdır. Ürəyi nə qədər böyük və mərhəmətli olsa, bir o qədər onu çox sevərəm.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın