Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Hacı Nuran: “Allaha ümidlərini üzüb…”

Hacı Nuran: “Allaha ümidlərini üzüb…”

Əslində, mənim doğum günüm heç zaman təmtəraqlı keçməyib. Ya xəstəxanalarda olmuşam, ya uşaq evlərində, ya da çəkilişdə. Bu mənim üçün ən gözəl ad günü olurdu.

Moderator.az xəbər verir ki, bu sözləri uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Hacı Nuran ad günü haqda rəsmi İnstaqram səhifəsində yazıb.

O, vətən üçün darıxdığını bildirib:

“İndi özüm qürbət ölkədə, ürəyim vətəndə, gözlərim qapıda, ümidim göylərdə… Yenə də ad günü… Yenə də palata və mən… Lakin ölkəmin, xalqımın salamat və sabitliyi mənə bəsdir. Ölkə rəhbərimizlə bir olub, firavan həyat arzu edirəm hamınıza. Son vaxtlar bütün dünyada qeyri-sabit vəziyyət yaranıb, bəzi insanlar Allaha ümidlərini üzüb, özlərini maliyyə qurbanı eləyiblər. İnanın, həyat neft barreli, məzənnə ilə tərəziyə gəlmir.

İqtisadi sarsıntı həyatla mübarizədə gülməli görünür. Həyatı, insanları sevin. Hamıya isti sevgimdən qığılcımlar göndərirəm. Hələ ad günümə 24 saat qalmış Almaniyadakı telefon nömrəmə, sosial səhifələrimə 10 mindən çox ismarış, video və audio təbrik gəlib. Hamıya cavab verə bilməsəm də, hər kəsə dərin minnətdarlığımı bildirirəm”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın