Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Hacı Natiq Əhmədov: “Ağacan Abıyev İslamdan yox, dünyadan bixəbərdir”

Hacı Natiq Əhmədov: “Ağacan Abıyev İslamdan yox, dünyadan bixəbərdir”

“Biz dünyəvi təhsilin əleyhinə deyilik, lakin bir millət vəkilinin bu cür absurd fikirlər səsləndirməsi bizi narahat edir”

“Əgər kimsə 2000 manat verib Bakı İslam Universitetində təhsil alırsa, həqiqətən də bu ağılsızlıqdır. Şəxsən mən oğlumu, qızımı o universitetə, o fakültəyə oxumağa buraxmazdım”.

Bu barədə açıqlamanı müsahibəsində Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deyib. A.Abıyev bildirib ki, il ərzində 2000 manatı ilahiyyat fakültəsinə verməkdənsə, yaxşı bir universitetdə ən lazımlı bir fakültəni oxumaq olar: “Bu gün dünya nanotexnologiyalardan təhsil alır. Biz isə ildə 2000 manat ödəyib ilahiyyatı öyrənirik. Bütün dünya insanın neyrohüceyrələrini araşdırır. Bizə bunlar lazımdır. İrsi xüsusiyyətlər, genetik kodu öyrənmək üçün nanotexnoligiyaları öyrənməyin zamanıdır. 4 il ərzində 8 min manat ödəyib İslam təhsili alan adamı mən qəbul etmirəm. İslam təhsilindənsə, elə ildə 2500 manat ödəyib ərəb dilini, qrammatikasını, tərcüməsini daha sərrast öyrənsinlər, şərqşünas olsunlar. Quranın, dinin ekspermenti yoxdur. Bizə bu gün ekspermental elmlər daha çox gərəkdir.

Deputatın fikirlərini şərh edən ilahiyyatçı Hacı Natiq Əhmədov bildirdi ki, A.Abıyevin son müsahibəsindəki fikirlər inanclı insanlarda böyük narazılığa səbəb oldu. İlahiyyatçının fikrincə, Ağacan Abıyev İslamdan yox, dünyadan bixəbərdir. “Təkcə inanclı yox, dünya tarixindən az-çox məlumatlı olan hər şəxsdə bu fikirlər etiraz yarada bilər. Əsrlər boyu İslam alimləri dünya elminə töhfələr verib. “Algebra” deyilən elm də qərblilərə İslam dünyasından keçib. İslam dünyasının alimləri istər riyaziyyatda, istər həndəsədə, istər tibbdə, istər astronomiyada, istərsə də digər elmlərdə böyük yeniliklər gətiriblər.

Maraqlıdır, əgər Ağacan Abıyev İslam dinindən bu qədər xəbərdardırsa, nəyə görə etiraf etməyə cürəti çatmır ki, bu gün dünyanın ən aparıcı texnologiyalarınn tədbiqi haqqında müqəddəs “Qurani-Kərim”də 1400 ildən artıqdır ki, yazılıb! Bu faktı isə müsəlmanlar deyil, xüsusilə xristian və digər dinlərin alimləri də etiraf edirlər. Bu gün Azərbaycan dünyəvi dövlətdir, bəli, din dövlətdən ayrıdır. Lakin xalqları ayaqda tutan, güclü edən inancdır, əqidədir. Əsgərlər döyüşə göndərilərkən, “Qurani-Kərim”in altından keçirlər. Xristian dünyasında isə “İncil”ə önəm verilir, ona and içilir. Rusiyada kilsələr, din xadimləri dövlətin dayaq sütununa çevrilib. Bu gün Azərbaycana dini savadı olan, kütləni düz istiqamətləndirən, ekstremist cərəyanlardan çəkindirən ruhanilər lazımdır”, – deyə ilahiyyatçı vurğuladı.

O qeyd etdi ki, Azərbaycanda İslamı öyrənməməyə çağırmaq absurddur. “Çünki cəmiyyətdə öz dinini bilən insanlarımızın sayı azalmamalıdır. Əksinə, öz ölkəsində dini təhsil alan, cəmiyyəti sağlam ruhda sağlayan ziyalılar nə qədər çox olsa, o qədər yaxşıdır. Biz dünyəvi təhsilin əleyhinə deyilik. Lakin xalqın müəyyən kəsimini parlamentdə təmsil edən bir millət vəkilinin bu cür absurd fikirlər səsləndirməsi bizi narahat edir və belə düşüncələrin ayaq açmasını, dini təhsilə qarşı qərəzli rəftara çevrilməsini istəmirik”, – deyə N.Əhmədov əlavə etdi. (Qafqaznews.az)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın