Ana səhifə / Şou Biznes / Hacı İbrahimin başı dərtdə…

Hacı İbrahimin başı dərtdə…

“Bakı Mexanikləşdirmə” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Avesta” konserni Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib. ASC borcun qaytarılması barədə tələb irəli sürüb.

“Avesta” konserninin sahibi, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli “Bakı Mexanikləşdirmə” ASC-yə olan borcunun miqdarını açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, iş adamı Modern.az saytına deyib ki, şirkətə olan borcu 10 min manatdır: “Biz həmin şirkətdən kran icarəyə götürmüşdük. May ayından etibarən kran bizə gərəkli olmadığından onlara geri aparmağı məsləhət görmüşük. Amma bu günə kimi kranı götürməyib və təhvil-təslim etməyiblər. Bu, bizim günahımız deyil.

Mən tapşırıq vermişəm ki, təhvil-təslim prosesindən dərhal sonra vəsait ödənilsin. Onlar vaxtı uzadaraq daha çox pul almağa çalışırlar. Amma dərk etmirlər ki, may ayından ərazidə iş dayanıb və krana ehtiyac qalmayıb”.
Hacı İbrahim qeyd edib ki, məsələ ilə bağlı akt tərtib olunub:

“Biz akt tərtib etmişik. Şərləməklə deyil ki… Gəl, təhvil-təslim et, pulunu verməsələr, sənədini əlinə al, get məhkəməyə müraciət et. Heç bir yerdə belə bir sistem yoxdur axı…

“Niyə aparmırsız?” soruşanda da “kranı sökməyə pulumuz yoxdur” deyirlər. Digər tərəfdən də şərlə, böhtanla məhkəməyə müraciət edirlər. Hansı məntiqlə hərəkət edirlər, anlamıram”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın