Ana səhifə / Şou Biznes / Hacı İbrahim Nehrəmliyə görə Küveyt səfirliyinə müraciət olundu… – QALMAQAL

Hacı İbrahim Nehrəmliyə görə Küveyt səfirliyinə müraciət olundu… – QALMAQAL

Avropada mühacir həyatı yaşayan qazaxlı iş adamı Elşad Məmmədov Küveyt səfiriyinə müraciət etməyə hazırlaşır. Onun sözlərinə görə, buna səbəb iş adamı İbrahim Nehrəmlinin küveytli iş adamlarını “Xəzər Adaları” layihəsinə dəvət etməsi olub.

Moderator.az – a açıqlama verən Elşad Məmmədovun sözlərinə görə, İbrahim Nehrəmli onun kimi, küveytli iş adamlarını da aldatmaq fikrindədir. Ona görə də “başına gələn başmaqçı olar” deyib vaxtında onları xəbərdar etməyi lazım bilir…

Xatırladaq ki, hacı ibrahim Nehrəmli bir müddət öncə çinli iş adamlarını da “Xəzər Adaları”na dəvət etmişdi. Elşad Məmmədov o zaman Çin səfirliyinə müraciət edərək bu ölkənin iş adamlarını İbrahim Nehrəmli ilə əməkdaşlıq etməməyə çağırmışdı. Nəticədə çinli iş adamları hələ də “Xəzər Adaları”na yatırım emək məsələsində var – gəl edirlər. Elşad Məmədovun sözlərinə görə, İbrahim Nehrəmli ona məxsus olan “Həsən 96” MTK – da yerləşən 51 və 52 – ci mənzili mənimsəyib. Məhkəmə çəkişmələri isə nəticəsiz qalıb.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın