Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Hacı İbrahim Nehrəmli barədə daha bir – İddia

Hacı İbrahim Nehrəmli barədə daha bir – İddia

Məşhur oliqarx, “Avesta Konsern”in prezidenti Hacı İbrahim Nehrəmlinin fantastik “Xəzər adaları” layihəsi ilə bağlı “Bizimyol.info” saytına sensasiyalı məlumatlar daxil olub.

Məlumatı görə, vaxtilə adıçəkilən şirkətdə çalışmış mənbənin verdiyi məlumata görə, şəhərciyin tikintisi ilə bağlı heç bir dövlət sənədi yoxdur. “Xəzər adaları”nın tikintisi aparılan 300 hektar torpaq sahəsi faktiki zəbt olunub.

Bundan başqa Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Avesta Konsern”ə ərazidə şəhərcik salınması ilə bağlı gərəkən ekoloji rəyi verməkdən imtina edib. Mənbənin sözlərinə görə, nazirlik bununla bağlı kifayət qədər tutarlı əsaslar gətirib. Hacı İbrahim müxtəlif vasitələrlə nazir Hüseyn Bağırova təsir göstərməyə çalışsa da məqsədinə nail ola bilməyib.

Mənbə daha bir maraqlı fakt açıqlayıb. Təxminən iki il əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Avesta Konsern”ə məktubla müraciət edərək ərazidə tikinti aparılmasının yolverilməz olduğunu bildirib.

X.Yusifzadənin məktubunda qeyd olunub ki, “Xəzər adaları”nın ərazisində SOCAR-ın qaz anbarları yerləşir. Bu anbarların istismarı dayandırılsa da ləğv olunmayıb, ona görədə tikinti aparılması təhlükəlidir. Hacı İbrahim bu xəbərdarlığa məhəl qoymayıb. O hakimiyyətdəki bəzi əlaqələrindən istifadə edərək tikintini davam etdirib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın