Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Hacı İbrahim Nehrəmli Ali Məhkəməyə müraciət edib

Hacı İbrahim Nehrəmli Ali Məhkəməyə müraciət edib

“Avesta Konserni” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Holcim” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı məhkəmə qərarından kassasiya şikayəti verib.

“Report”un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək kassasiya şikayəti üzrə məhkəmə iclası hakim Zakir Quliyevin icraatına verilib.

Qeyd edək ki, ötən il “Holcim” (Azərbaycan) ASC “Avesta Konserni” MMC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC pul barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan MMC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində, hakim Cahangir Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, iddiadan qismən imtina edilib, həmin hissədə qətnamə ləğv olunub. İş üzrə icraata isə xitam verilib.

Xatırladaq ki, “Avesta Konserni”nin sahibi Hacı İbrahim Nehrəmlidir. O, ötən il oktyabr ayının 23-də sayta açıqlamasında “Holcim” (Azərbaycan) şirkəti ilə rəhbəri olduğu konsern arasında təxminən 15 min manatlıq pul mübahisəsi olduğunu deyib.

Qeyd edək ki, tərkibinə bir neçə şirkət daxil olan “Avesta Konserni” çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olur. “Holcim” (Azərbaycan) ASC isə dünyanın aparıcı sement təchizatçılarından olan “Holcim Qrup”unun bir hissəsi olaraq ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən sayılır.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın