Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Həyat yoldaşımla tanış olarkən hər ikimiz çox gənc idik” – Fərqanə Qasımova

“Həyat yoldaşımla tanış olarkən hər ikimiz çox gənc idik” – Fərqanə Qasımova

“Bəzi saytlarda və sosial mediada yayılmış məlum xəbərlə bağlı fərqli yorumları oxuduqca həm təəssüfləndim, həm də təəccübləndim. Tanımadan, bilmədən özgə bir ailəni müzakirəyə çıxarmaq kimsəyə başucalığı gətirməz”.
Bunu A.Qasımovun qızı, tanınmış xanəndə, Əməkdar artist Fərqanə Qasımova instaqram hesabında yazıb.
“Taleyin öz hökmü var. Həyat yoldaşımla tanış olarkən hər ikimiz çox gənc idik. Valideynlərimizin xeyir-duası ilə evləndik. Tanrı bizə dörd gözəl bala nəsib etdi. Böyük ailə böyük məsuliyyətdir. Çox heyif ki, hər şey arzuladığımız kimi olmur. Elnur geri dönüşü olmayan bir yol tutdu. Nə qədər çalışsaq da, onu xilas edə bilmədik. Çünki bəzi məqamlarda seçim insanın öz öhdəsinə qalır. Mən və övladlarım bu ağır imtahandan da imanımız, ədəbimizlə çıxacağıq. Bu, hər kəsin başına gələ bilər, yaxşı olar, kimsə başqasına rişxənd etməsin. Alim Qasımov sənəti, adı ilə mədəniyyətimizi zirvələrə qaldırıb. Onun adını lazımsız yerə hallandırmağa gərək yoxdur – bunun özü də bir mədəniyyətdir.Hər kəsin diqqətini çəkmiş hadisə sadəcə bizim ailə problemimizdir. Lütfən, qarışmayın”, – deyə o qeyd edib.
Qeyd edək ki, Xalq artisti Alim Qasımovun evindən oğurluq etməkdə ittiham olunan kürəkəni Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanov həbs edilib.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …