Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Həyat yoldaşım boşanmağa ərizə verməsəydi…” – Lalə Məmmədova

“Həyat yoldaşım boşanmağa ərizə verməsəydi…” – Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova “Söhbətsiz” verilişinin qonağı olub.

Sənətçi şəxsi həyatı barədə sualları cavablayıb. 

O, boşanmasının səbəbini belə açıqlayıb: “Tələbləri çox yüksək olan bir qadınam. Ola bilər evdə fiziki olaraq, hansısa yeməyi bişirməyi, qonaq qarşılamağı çatdırmayım. Amma evimdə bunu edəcək insanlar olub. Ailəm də buna görə dağılmayıb. Heç kim, heç nədən sığortalı deyil. Mənim ailəmlə bağlı sözlər deyənin özü də boşanıb. Bir kişiyə bu sözləri yaraşdırmıram. Mənim arxamda kişi yoxdur. Mən təkəm. Bəlkə mənim ailəm 8 il yox, daha çox davam edərdi. Bir yox, iki 8 il dözərdim. Əgər keçmiş həyat yoldaşım boşanmağa ərizə verməsəydi. Mücadiləni hər iki tərəf etməlidir. Bir tərəf mücadilə edirsə, qırılmalıdır. Hər zaman deyirəm, övladlarımın atasıdır. Onun haqda pis danışa bilmərəm. İnsanın tələbləri, baxışı zamanla dəyişir”.

Qeyd edək ki, L.Məmmədovanın iki qız övladı var. Musavat.com

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …