Ana səhifə / Şou Biznes / “Həyası olmayan, özünü üstün tutan…” – Xuraman həmkarları haqda

“Həyası olmayan, özünü üstün tutan…” – Xuraman həmkarları haqda

Müğənni Xuraman Şuşalı şou-biznes nümayəndələri ilə münasibətindən danışıb.

“Maqazin plus” verilişinə müsahibə verən sənətçi ona atmaca atan həmkarlarından uzaq durmağa çalışdığını bildirib:

“Hamıyla münasibətim yaxşıdır, ötüşdürməyi bacarıram. Söz atanlardan isə qaçıram, ünsiyyət qurmuram və onlar olan yerə getmirəm. O, hər an həyanı apara bilər. Bir söz deyərsən, elə cavab verər ki, abır-həyan gedər. Həyası olmayan, özünü üstün tutan insanlardan uzaq dururam. Onlarla özümü yan-yana görmürəm, ehtiyat edirəm. Şou-biznesdə elə adamlar çoxdur. Ünsiyyət qurmuram, auraları mənfi olur və mənə təsir edir. Nə gözüm görsün, nə də təsir etsin”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …