Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Həyətinə mərmi düşmüş sakin: “Heç vaxt kənddən çıxmamışıq, çünki ordumuza güvənirik”

Həyətinə mərmi düşmüş sakin: “Heç vaxt kənddən çıxmamışıq, çünki ordumuza güvənirik”

Xəbər verildiyi kimi, Tərtərin Qapanlı kəndi artilleriya atəşinə məruz qalıb.

Belə ki, son 3 gündür Ermənistan silahlı birləşmələri cəbhədə gərginliyi artırmağa davam edir. Ötən gün Ağdam, bu gün isə Tərtər rayonu istiqamətində təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələri atəşə tutulub.
Qapanlı kənd icra nümayəndəsi Lətif Həmidovun verdiyi məlumata görə günorta saatlarında kənd ərazisinə atılan mərmilərdən biri kənd sakini Famil Quliyevin həyətyanı sahəsinə, evindən təqribən 10 metr kənara düşüb. Partlayış nəticəsində kənd sakininin şəxsi təsərrüfatındakı ev quşları tələf olub. Digər mərmi isə açıq əraziyə düşdüyündən tələfat olmayıb.

“Evdə oturub çörək yeyirdik. Partlayış səsi eşidildi. Çıxdıq çölə, gördük, həyətdəki toyuq cücə məhv olub. Biz artıq bu təxribatlara öyrəşmişik. Heç vaxt kənddən də çıxmamışıq. Çünki ordumuza güvənirik” – deyə Famil Quliyev bildirib.

Ev sahibi onu da əlavə edib ki, aprel döyşləri zamanı da evinin yaxınlığına mərmilər düşüb.

Ermənistan silahlı birləşmələri Azərbaycan ordusunun cavab zərbələrindən sonra atəşi dayandırıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın