Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Hərbi hissələrdə andiçmə mərasimi keçirilir

Hərbi hissələrdə andiçmə mərasimi keçirilir

Bu gün Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilir.

Azinforum.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Əlahiddə Ümumqoşun Ordusunun və birliklərin hərbi hissələrinin ərazilərində keçiriləcək mərasimlərdə hərbi rituala uyğun olaraq gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edəcəklər.

Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak edəcək, mədəni-kütləvi tədbirlər keçiriləcək və valideynlər hərbi hissələrdə yaradılmış şəraitlə də tanış olacaqlar.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın