Ana səhifə / Şou Biznes / “Hər toy elə “Avroviziya”dır”” – Cavanşir Məmmədov

“Hər toy elə “Avroviziya”dır”” – Cavanşir Məmmədov

Əməkdar artist Cavanşir Məmmədovun “Avroviziya” yarışmasına qatılması ilə bağlı söz-söhbətlər bitmək bilmir. 


Müğənni bu dəfə “Xəbər-ətər” propqramında danışıb. Məmmədov bildirib ki, onu tənqid edənlər düşüncəsizdirlər:


“Həyatı başa düşməyənlər deyir, Cavanşir Məmmədov gedib orada Firuzə İbadova ilə nə oxuyacaq? Düşüncəsizlər, mən ora böyük komandayla getməliyəm. Burada “Natiq” ritm qrupu da olmalıdır. Mən getməyim Alim Qasımov, Manana getsin. Nə qədər Xalq artistlərimiz var, göndərilsin. 


Cavanşir Məmmədovun “Avroviziyası”nı başa düşmürsənsə, gəl izah edim. Başa düşürsənsə, zəng et de ki, “Avroviziya” nədir… Özümdəki potensialı bilirəm. 1992-ci ildən bu yana, düz 30 ildir dəbdə olan adamam. İndiyənə qədər nə “Avroviziya”lar görmüşəm. Hər toy elə “Avroviziya”dır”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …