Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Həmkarı Namiqin ”Bu sənətin ”vor zakon”u mənəm” sözlərindən danışdı

Həmkarı Namiqin ”Bu sənətin ”vor zakon”u mənəm” sözlərindən danışdı

“Mən də bu sənətin “vor zakon”uyam. Sözün düzünü deyən, haqqı tələb edən insanam”. Bu sözləri musavat.com saytına müsahibəsi zamanı aşıq Namiq qanuni oğru Rövşən Lənkəranskinin ölümü haqda danışarkən deyib. O bildirib ki, o da “vor zakon”lar kimi haqq tərəfdarıdır: “17-18 yaşım olan zaman atamla toylara gedirdim. Kimsə artıq söz deyəndə, etik çərçivədən çıxanda deyirdim ki, sazı başına vuracağam. Toyda ifa üçün 10 manat verib deyə kimsə sənətçini incidə bilməz. Atam həmişə deyirdi ki, davakarsan, sənətdən uzaqlaş.

Mən öz adıma deyim ki, “vor zakon”ları sevən adamam. Çünki onlar düzlüyü sevirlər. Mənim gücüm yoxdur, idmançı deyiləm. Üstümə 5 adam gəlsə, onu sözlə başa salaram. “Vor zakon”ların da çoxunun gücü olmur, mühafizəçiləri, killerləri olub. Onlar bir sözlə qarşısındakını başa salırlar. Onların bir neçə məclisində olmuşam. Sabirabadda Lotu Hikmətin, Lotu Bəxtiyarla qəbrini ziyarət etmişəm. Rövşənlə də görüşmək istəyirdim, qismət olmadı. Cəsarət edib ”Dolya vorovskaya“ mahnısını sazda ifa etmişəm. Lotu Quli həbsxanadan mənə təşəkkür etmişdi. Lənkəranskinin ölməyi mənə də təsir etdi, gənc idi. Eşitdiyimə görə, Rusiyada azərbaycanlılara kömək edirmiş, arxasında dururmuş”.
Aşığın sözləri birmənalı qarşılanmayıb və sosial şəbəkədə müzakirələrə səbəb olub. Bəziləri onu özündən razılıqda ittiham edib, kimisi isə özünü oğrulara bənzətdiyi üçün Namiqi tənqid edib. Sənətçi ilə mübahisə edənlər də olub.

Aşığa dəstək olanlar da tapılıb. Aşıq Zülfiyyə musavat.com saytına açıqlaması zamanı həmkarını müdafiə edib: “Mən də digər azərbaycanlılar kimi Rövşən Lənkəranskinin ölümünə üzüldüm. İstər-istəməz hər kəsi sarsıdan xəbər oldu. Bir vətəndaşımız gənc yaşda öldürüldü. Üzülməyə bilmərik, həmvətənimiz, canımız, qanımızdır. Onun haqda çox məlumatlı deyiləm. eşitdiyimə görə, haqqını tələb edən oğlan olub, bir sözü iki edilməyib. Haqqında eşitdiklərim isə ancaq xoş sözlərdir.

Namiqin fikirlərinə gəldikdə isə gərək insandan baş verən hadisənin düz və ya səhv olduğunu soruşalar ki, fikrini deyə. Mən öz-özümə nə isə deyə bilmərəm. Yəqin, Namiq hansısa məsələdə düzünü deməyi bacarıb, ona görə belə düşünür. Ola bilər ki, Namiq düzünü deyib, haqqı tələb edib. Amma başqası bu cür addım atmayıb. Namiq sözlərinin arxasında dayanmağı bacarır ki, haqqı deyir. Kimsə onu qıcıqlandırıb, o da fikirlərini olduğu kimi bölüşüb. Namiqin fikirlərində qəbahət bir şey görmürəm”.

Aşıq Elbrus isə həmkarlarının fikirlərinə münasibət bildirməyib. O, qeyd edib ki, bu cür məsələlərə qarışmır. Musavat.com

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın