Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Həm ziyarət, həm ticarət” deyib Həccə üz tutan kəmfürsətlər…

“Həm ziyarət, həm ticarət” deyib Həccə üz tutan kəmfürsətlər…

Məmur və iş adamlarının Həcc ziyarəti ilə bağlı maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, bəzi iş adamları və məmurların hər il davamlı olaraq Həcc ziyarəti etməsində məqsəd təkcə Allah sevgisi deyilmiş. Belə ki, bu ziyarətlər daha çox biznes maraqları çərçivəsində həyata keçirilən, bazarlıq xarakteri daşıyıb.

Mənbənin məlumatına görə, ölkənin biznes piramidasında orta və aşağı pillələrdə qərarlaşan iş adamları hakimiyyətin ən yuxarı eşalonunda təmsil olunan iriçaplı məmurlarla və ya onların ailə üzvləri ilə görüşmək üçün bu ziyarəti ilahi fürsət kimi dəyərləndirir, bununla da əsrlərin sınağından çıxmış “həm ziyarət, həm ticarət” prinsipinə əməl etməklə öz istəklərinə nail olurlar. Onunla bununla həm də bu görüşə təsadüfi və səmimi, qeyri-rəsmi don geyindirir, daha rahat bir ortamda sövdələşmə aparır, yaxud görüş üçün vaxt alırlar.

Mənbənin sözlərinə görə, görüşmək istədikləri məmurların ailə üzvlərinin və ya onlara bağlı iş adamlarının hansı tarixdə hansı təyyarə ilə Həcc ziyarətində olacağını həmin şəxsin yaxın adamları vasitəsi ilə öyrənən kəmfürsət “zəvvarlar” məhz eyni reysdə uçmağa cəhd edir, onunla eyni qrup və dəstədən təmsil olunmağa çalışırlar.

Bilgili qaynağın sözlərinə görə, artıq bu tendensiya iş adamları arasında bir ənənə halını alıb və getdikcə daha da genişlənməkdədir. Moderator.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın