Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Həlak olan polislərimiz dəfn edilir – Foto

Həlak olan polislərimiz dəfn edilir – Foto

Ötən gün Nardaranda baş verən silahlı insident zamanı həlak olan polis əməkdaşları Nəsibov Vüqar Eyyub oğlu və Tağıyev İsmayıl Rəsul oğlunun II Fəxri Xiyabanda dəfn mərasimi keçirilir.

AzVision.az-ın əməkdaşı xəbər verir ki, II Fəxri Xiyabanda təhlükəsizlik tədbirləri gücləndirilib. Ərazidə çoxlu sayda polis əməkdaşları var.
Dəfn mərasimində daxili işlər naziri, general-polkovnik Ramil Usubov başda olmaqla nazirliyin yüksək rütbəli şəxslərinin iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. 2 polis əməkdaşı həlak olub. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Baş Prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın