Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Həzi Aslanovun anım mərasimi keçirilib

Həzi Aslanovun anım mərasimi keçirilib

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 106 və Böyük Vətən müharibəsində həlak olmasının 71 illiyi münasibətilə tədbir keçirilib.
 APA-nın məlumatına görə, Müdafiə Nazirliyinin nümayəndələri, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti, müharibə veteranları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə H. Aslanovun Şəhidlər xiyabanında abidə-kompleksi önünə əklil və gül dəstələri qoyulub, generalın xatirəsi hörmət və ehtiramla yad edilib.
 Anım mərasimində çıxış edən polkovnik Abdulla Qurbani onun həyat və döyüş yolundan danışaraq bildirib ki, müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən H. Aslanova həsr olunmuş silsilə tədbirlər keçirilir. A. Qurbani gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında generalın döyüş yolunun öyrənilməsinin vacibliyini vurğulayıb.
 Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev qeyd edib ki, əvəzsiz general H. Aslanovun döyüş yolunun öyrənilməsi işğal altında olan torpaqlarımızın azad olunması baxımından da önəmlidir.
 Azərbaycan Veteranlar Şurasının sədri Dadaş Rzayev, generalın döyüş yoldaşları onun haqqında xatirələrini bölüşüblər.
 Sonda çıxış edən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru, generalın nəvəsi Həzi Aslanov Müdafiə Nazirliyinin rəhbərlərinə və mərasim iştirakçılarına təşəkkürünü bildirib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın