Çərşənbə axşamı , Oktyabr 4 2022
Ana səhifə / Şou Biznes / “Həyatımı sevgimə qurban verə bilmərəm” – Ayan

“Həyatımı sevgimə qurban verə bilmərəm” – Ayan

Müğənni Ayan Babakişiyeva “Sözbaz” verilişində qonaq olub.

Müğənni şəxsi həyatı barədə verdiyi açıqlama ilə diqqət çəkib. O qeyd edib ki, 3 ildir həyatında kimsə yoxdur:

“Üç ildir həyatımda özəl adam yoxdur. Ailəm olub, övladımı dünyaya gətirmişəm. O zaman xoşbəxt idim. Mənə həmin həyatı xatırlatmaq lazım deyil. O həyatda qalmamışam.

Hər kəs deyir ki, mahnını filan insan üçün ifa edir və s. Artıq bilmirəm repertuarımı necə seçim… Aşiq ola bilərdim, oldum da. Deyirlər ki, insan bir dəfə sevir. Yalandır. Lazım olanda on dəfə də sevmək olur. Mən doğmalarım üçün yaşaya, ömrümü övladıma həsr edə bilərəm. Heç vaxt həyatımı özəl adama, sevgimə qurban verə bilmərəm”.

Qeyd edək ki, Ayan Babakişiyevanın Selena adlı qızı var. Musavat.com 

Həmçinin oxuyun

“Mənimlə bağlı stikerlərdən özüm də istifadə edirəm, xoşum gəlir” – Elgiz

“Mənimlə bağlı stikerlərdən özüm də istifadə edirəm. Xoşum gəlir”. Bunu teleaparıcı Elgiz Əkbər həmkarı Ülvira …