Cümə axşamı , May 23 2024
Ana səhifə / Şou Biznes / “Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam. İki il əvvəl ağır xəstələnmişdim. Bununla bağlı çox doğma olan bir insana ağız açdım və maddi köməklik istədim. Mənə 5000 manat lazım idi. Zaman gələcək, onun adını açıqlayacağam. Amma indi yeri deyil. Meyvə yetişib dəriləndə daha gözəl olur. Sonra eşitdim ki, həmin şəxs haqqımda deyib ki, o, tülkülük edir ki, məndən pul alsın. O elə bir insan idi ki, o pulu yalnız ondan istəyə bilərdim, başqasından yox”.

Bu sözləri müğənni Bahar Lətifqızı “Evimin qonaqları” verilişində deyib.

Adını açıqlamaq istəmədiyi həmkarından borca pul istədiyini söyləyən sənətçi onaqarğış edib:

“Ondan pul istədim, ertəsi gün isə Qazaxıstana toya getdim. Beh almışdım və toy sahibinə də dedim ki, xəstələnmişəm, olar ki gəlməyim? Çünki oxuya bilməyəcəyəm. Toy sahibi demişdi ki, sənin toya gəlib bir mahnını fonoqramla oxumağın yetərlidir. Yetər ki, toya gəl, çünki sənin oğlumun məclisinə gələcəyini niyyət etmişəm. İnanın, Qazaxıstandakı pul mənə kömək etdi. Yenə də öz alın tərimlə qazandığım…

O insana mənim o qədər etibarım var idi ki… Amma indi də deyirəm ki, o dünyada onu bağışlamayacağam. Mənim çəkdiyimi Allah ona beş qatını çəkdirsin. Çünki o qədər məni yandırdı. Bunu kimə desəm deyər ki, sənə ayıb olsun! 

Bundan sonra ona bir içim su istəsə, vermərəm! Mən səndən var-dövlət istəmədim. Onu vermək sənin haqqın idi. Bilirdim ki, sənin o pulun var. Çətin məqamda o etibar etdiyin insan yarıda qoydu. Niyə sən ola-ola mən başqa kimdənsə o yardımı istəməli idim? Yenə də istəmədim”. bizim.media

Həmçinin oxuyun

“Ağlayıb deyir ki, məni niyə qoyub getdin, ana?”

“Gün keçdikcə anasını daha çox axtarmağa başlayır”. OLAY yazır ki, bu sözləri mərhum Əməkdar artist …