Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Şou Biznes / Həyat yoldaşından Ağadadaş Ağayevin səhhəti ilə bağlı -Açıqlama

Həyat yoldaşından Ağadadaş Ağayevin səhhəti ilə bağlı -Açıqlama

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev bir müddət əvvəl yenidən müayinə olmaq üçün Türkiyəyə getmişdi.

Belə ki, xərçəngdən əziyyət çəkən müğənninin xanımı Axşam.az-a açıqlamasında onun səhhətindən danışıb. O bildirib ki, A.Ağayev hazırda özünü yaxşı hiss edir.

“Hər 3 aydan bir müayinəyə getməlidir. Budəfəki yoxlanış yaxşı keçdi. Bütün müayinələr təmiz çıxdı. İndi özünü yaxşı hiss edir. Artıq Bakıya qayıtmışıq”.

Qeyd edək ki, A.Ağayev xərçəngdən əziyyət çəkir. Müğənni üç dəfə əməliyyat olunub. İfaçı ötən ayın 21-də müayinə üçün İstanbula yollanmışdı.

Həmçinin oxuyun

Erotik video paylaşan müğənnidən qalmaqallı sözlər: “Bunları etməyən kişilər, özünüzə gəlin” (FOTOLAR)

Erotik video paylaşan müğənni kişilərə çağırış edib. Milli.az bildirir ki, qalmaqallı müğənni Tuğba Ekinci paylaşımı …