Bazar ertəsi , Avqust 15 2022
Ana səhifə / Şou Biznes / “Həyat yoldaşımı son nəfəsində görməyə qoymadılar”

“Həyat yoldaşımı son nəfəsində görməyə qoymadılar”

Əməkdar artist Gülüstan Əliyeva I Qarabağ müharibəsində şəhid olan həyat yoldaşı Zahid Əhmədovu son nəfəsində görə bilməməsindən danışıb.

Müğənni bu haqda “1 dəqiqə” proqramında danışıb. O bildirib ki, həyat yoldaşı pis vəziyyətdə olduğu üçün valideynləri onu onun yanına qoymayıb:

“Qaynatamgil qoymadı. Dedilər ki, gəlmə, vəziyyəti çox pisdir. İstəmir ki, sən onu o vəziyyətdə görəsən. Guya həyat yoldaşım deyib ki, gəlməsin, məni belə görməsin. Dəhlizdə o yana, bu yana gedirdim. Fikirləşirdim ki, bəlkə imkan olar orada kimsə olmaz, heç olmasa içəri girib görərəm. İki şəkil, 317 gün, bərabərdir bir ömürə…

Mənim bu həyatda qalmağımın səbəbkarı, məni ayaqda tutan, bu qədər güclü olmağa sövq edən, güclü göstərən, bu gün də mənim arxam, dayağım, sirdaşım, dostum – oğlumdur. O, kiçik olanda da həmişə dərdləşirdik. Balaca olsa da, mənə sirdaş idi.

Mənə illər sonra dedilər ki, məni sayıqlayır. Çağırırmış ki, sözüm var, Rüfəti (oğlunu-red.) ona tapşırım. Heç kəs məni çağırmadı. Çox təəssüf ki, onun sözünü, son nəfəsini, istəyini eşidə bilmədim. Buna imkan olmadı”.

Qeyd edək ki, ötən ilin sentyabrında G.Əliyeva şəhid həyat yoldaşı – Zahid Əhmədovun Cəbrayıl rayonundakı məzarını 30 ildən sonra ziyarət edə bilib.

Həmçinin oxuyun

Şəbnəm Tovuzlu: “Dördarvadlılığın tərəfdarıyam”

Müğənni Şəbnəm Tovuzlunun oğlu Əliyə 4 həyat yoldaşı almaq istəyi tənqid edilib. Sənətçi “Deməsəm olmaz” …