Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Şou Biznes / “Həyası olmayan, özünü üstün tutan…” – Xuraman həmkarları haqda

“Həyası olmayan, özünü üstün tutan…” – Xuraman həmkarları haqda

Müğənni Xuraman Şuşalı şou-biznes nümayəndələri ilə münasibətindən danışıb.

“Maqazin plus” verilişinə müsahibə verən sənətçi ona atmaca atan həmkarlarından uzaq durmağa çalışdığını bildirib:

“Hamıyla münasibətim yaxşıdır, ötüşdürməyi bacarıram. Söz atanlardan isə qaçıram, ünsiyyət qurmuram və onlar olan yerə getmirəm. O, hər an həyanı apara bilər. Bir söz deyərsən, elə cavab verər ki, abır-həyan gedər. Həyası olmayan, özünü üstün tutan insanlardan uzaq dururam. Onlarla özümü yan-yana görmürəm, ehtiyat edirəm. Şou-biznesdə elə adamlar çoxdur. Ünsiyyət qurmuram, auraları mənfi olur və mənə təsir edir. Nə gözüm görsün, nə də təsir etsin”.

Həmçinin oxuyun

Röya bunun üçün 3500 dollar ödəyib?

Xalq artisti Röya Ayxanın “Tövbə” mahnısına görə MESAM-a (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliği) 3500 …