Bazar , Yanvar 17 2021
Ana səhifə / Şou Biznes / Həsənağa Turabov erməni qadınını necə susdurdu

Həsənağa Turabov erməni qadınını necə susdurdu

Mərhum rejissor Vaqif İbrahimoğlu xalq artisti, aktyor Həsənağa Turabov haqqındakı xatirəsində bir sıra maraqlı məqamlara toxunub:

“1989-cu il başda Həsənağa Turabov olmaqla Moskvaya Ümumittifaq Teatr Xadimlərinin qurultayına getmişdik. Qaldığımız “Rossiya” mehmanxanasında vəziyyət çox qəlizdir. Orada erməni qadınları dolaşır və bizlərlə dava salıb şüvən qaldırmaq niyyətlərini gizlətmirlər. Ayı boyda milis nəfərləri də onlardan ötrü hər cür şərait yaradırlar.
Həsənağa Turabovla səhər yeməyimizi yeyib kafedən çıxdığımız anda qarşımızı “Aykanuş” kəsdi: gözləri bərəlmiş, dodaqları titrəyir, ayağı ilə yerə təpik vururdu. Bunu görcək həmən anladım ki, işə düşdük. İki milis nəfəri də kənardan durub qulaqlarını “Aykanuşa” şəkləyiblər. Aydın məsələdir ki, o, “fəryad”a başlayan kimi bizi yaxalayacaqlar. Və erməni qadın başladı:”Mən səni tanıdım, sən Gəncə Aereportunun rəisisən. Bizi şəhərdən sən qovdun, bütün əmlakımızı sən əlimizdən aldın. Özün də şəxsən mənə əl qaldırmısan”.
Başımı itirməyimə az qalmışdı. Həsənağaya baxdım və həmən özümə gəldim. O, dodaqlarındakı məşhur təbəssümü ilə qayğıkeş baxışlarını qadının gözlərinə dikərək sakit tərzdə onu dinləyirdi.
“Aykanuş”un fısı yatmağa başladı. Bu cür reaksiyaya hazır deyildi. Çaşqın halda ətrafa baxıb, monoloqunu bir-iki ton yavaş səslə təkrar etdi. Həsənağa öz növbəsində qayğı və maraq tonunu yüksəltdi. Qadını bununla ram etdi. “Aykanuş” söndü. Milislər də bundan sonra oranı tərk etdi. Biz qadınla təkbətək qaldıq.
Bundan sonra Həsənağa aram-aram cibindən SSRİ Ali Sovetinin deputat kitabçasını çıxardı və onun gözünə yaxınlaşdırdı.Qadın çar-naçar sənədi oxudu və bilaixtiyar özünü düzəltdi.
Ondan kənarlaşandan sonra dözməyib arxaya baxdım. Tok vurmuş qaşqaldaq kimi hələ də yerində dayanmışdı”.

Həmçinin oxuyun

“Kim həyatını necə yaşayır, mənə dəxli yoxdur” – Nura Suri

“Səhv axtarmaq, tənqid etmək adəti bizim millətdə hardan yaranıb? Elə bir vəziyyət yaranıb ki, kimsə …

Bir cavab yazın