Bazar , Oktyabr 2 2022
Ana səhifə / Şou Biznes / “Hər məqamda söyürsünüz, təhqir edirsiniz” – Nura Suri

“Hər məqamda söyürsünüz, təhqir edirsiniz” – Nura Suri

“Şuşanı görmək istəyənlər bilet alıb gedə bilərlər. Hər söhbətdə qazi və şəhid ailələrini bəhanə edib insanları zəhərləyənlər nə millətimizə, nə vətənə, nə də qazi və şəhidlərə hörmət qoyurlar”.

Bunu müğənni Nura Suri bildirib.

“Şuşa hər zaman sənət mərkəzi olub. Məşhur müğənni olmağım bir kənara qalsın. Mədəniyyət nümayəndələrinə onsuz da bəziləriniz hörmət qoymursunuz. Qazilərə hörmətiniz var guya? Mən də 2 qazi Xanlar və Firəngiz Səttarovların övladıyam. Tanıyırsınız onları?! Çoxunuza heç maraqlı deyil qazilər və şəhid ailələri. Tanımırsız da, tanımaq istəmirsiniz də. Tanınmışlar arasında neçə şəhid və qazi övladları var. Hər məqamda söyürsünüz onları, təhqir edirsiniz. Ar olsun sizin kimilərə!” – N.Suri qeyd edib.

Həmçinin oxuyun

“Mənimlə bağlı stikerlərdən özüm də istifadə edirəm, xoşum gəlir” – Elgiz

“Mənimlə bağlı stikerlərdən özüm də istifadə edirəm. Xoşum gəlir”. Bunu teleaparıcı Elgiz Əkbər həmkarı Ülvira …