Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Şou Biznes / Həqiqətən “qıcıq” oluram – Elməddin Cəfərov

Həqiqətən “qıcıq” oluram – Elməddin Cəfərov

“Üzeyirdə bir bərəkət var. İnsan kimi ona hörmət edirəm. Onu çox istəyirəm, amma fanatı deyiləm. Cəmi bir mahnısını bilirəm. Müğənnilər pul tökür, bəstəkardan 5 min verib mahnı alır, aranjiman etdirir, oxuyur, reklama qoyur, 100 min baxış yığa bilmir”.

Bu sözləri aktyor Elməddin Cəfərov müğənni Üzeyir Mehdizadənin ünvanına deyib.

“El canlı” verilişində qonaq olan Elməddin studiyada yer alan Üzeyirin yutubda 500 milyon baxış yığan “Yaxşı olar” mahnısından danışıb:

“Adam gecə yuxudan durur, “xoşbəxt, tanrım, yaxşı olar” yazıb, qoyur, yarım milyard izlənmə yığır. Azərbaycanda ən çox izlənilən mahnı Üzeyirindir. Bir az şans məsələsi var. Adam Özbəkistanda, Türkiyədə konsert verir, 50 min tamaşaçı yığılır. Tarkanda da 50 min, səndə də? Ədalətsizlikdir. Həqiqətən “qıcıq” oluram. Yaxşı ki, müğənni deyiləm, bağrım çatlayar. Aparım 20-30 min pul xərcləyim, alınmasın. Amma “Yaxşı olar” yazım 500 milyon izlənmə yığsın”.//Axşam.az

Həmçinin oxuyun

Müğənnilərin yarım saatlıq toy qiymətləri – SİYAHI

Azərbaycanda müğənnilərin toy qiymətləri hər zaman müzakirə mövzusu olub. Son günlər də sosial şəbəkələrdə bu …