Ana səhifə / Şou Biznes / “Həmin ifaçılar “parazit”lərdir” – Rəşad İlyasov

“Həmin ifaçılar “parazit”lərdir” – Rəşad İlyasov

“Konsert etdim, 500 insan tutan məkan idi. Hamı zəng vurub bilet istədi. Tanıyan, tanımayan, sosial şəbəkədə yazan… Yazırlar ki, səni çox istəyirəm, uşaqlıqdan izləyirəm, bilet göndər. Sevən adam sonuncu pulunu verib bilet alıb, konsertə gəlməlidir. Havayı konsert istəyirlər. Ya da bir-iki adam arasında desinlər ki, ifaçı mənə bilet göndərdi”.

Bu sözləri Əməkdar artist Rəşad İlyasov “Söz baz” verilişində deyib. Müğənni şou-biznesə yeni gələn bəzi ifaçıları tənqid edib:

“Şou-biznes haqqında çox danışaram, amma susmaq lazımdır. Vəziyyəti özünüz görürsünüz. O gün bir qız gördüm, deyir, instaqram mahnıları yazdırmışam. Hamı özünü göstərmək istəyir, amma olmaz. Onlar parazitlərdir. İnsan orqanizminə girir, qidalanırlar. Səhnəyə müqəddəs baxıram. Şou-biznesimizdəki parazitlərə icazə verməməliydik ki, qidalansınlar, biz icazə verdik”.

Həmçinin oxuyun

Evliliklərinin 35-ci ilini qeyd etdilər – VİDEO

Bu gün Xalq artisti Brilliant Dadaşova ilə həyat yoldaşı Ədalət Hacıyevin evlilik ildönümüdür. Axşam.az xəbər …