Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Həkimlər əməliyyata girərkən niyə mavi və ya yaşıl önlük geyinir?

Həkimlər əməliyyata girərkən niyə mavi və ya yaşıl önlük geyinir?

Əgər diqqət etmisinizsə, əməliyyata girən həkimlərin geydikləri xalat və önlüklərin rəngi hər zaman yaşıl və ya mavi rəngdə olur. Bəs nə üçün ancaq bu rənglər?

Sputnik “Sözcü”yə istinadən bunun səbəbini təqdim edir. Əməliyyat əsnasında həkimlər davamlı olaraq qan görür. Üstəlik, eyni nöqtəyə uzun müddət gözlərini çəkmədən baxmağa məcbur qalırlar. Bu iki vəziyyət həkimlərin göz illüziyası ilə qarşılaşma ehtimalını gücləndirir. Əməliyyat zamanı göz illüziyası, yəni gözün yayınması çox böyük təhlükələrə yol aça bilər. Bu isə xəstənin həyatını itirməsinə səbəb ola bilər.

Gözlər eyni nöqtəyə uzun müddət baxsa, istər-istəməz sağa-sola, yuxarı-aşağı tərəfə itə bilir. Qırmızı rəngli qana qarşı bunun önünü alan yeganə rəng isə yaşıl və ya mavi rənglərdir. Bu rənglər qırmızı rənglə əks təsir yarada bilir və nəticədə gözün diqqəti saatlara bir nöqtəyə baxsa belə, heç yerə yayınmır. Məhz bu səbəbdən dünyanın hər yerində həkimlər, əməliyyata girərkən mavi və ya yaşıl rəngli önlük geyinirlər.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın