Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Həkim və müştəri arasında pul qalmaqalı

Həkim və müştəri arasında pul qalmaqalı

Dişlərini düzəltdirmək üçün özəl klinikalardan birində stomatoloqa müraciət edən Sevda Balayeva adlı vətəndaş sonradan ağır fəsadlara yaşadığını və müraciət etdiyi həkimin bu məsələdə məsuliyyət daşımadığını əsas gətirərək redaksiyamıza şikayət edib.
Onun sözlərinə görə, bir neçə ildir kosmetoloji şöbəsindən istifadə etdiyi, Bakı şəhəri, Fuad İbrahimbəyov – 458, 5-ci paralel küçəsində yerləşən, “MED Holding” adlanan klinikanın stomatoloji şöbəsində yeni, müasir aparatların olduğunu biləndə eşidib və oraya müraciət edib. 2016-cı ilin sentyabrında stomatoloq Cavid Qurbanov Sevda Balayevaya implant dişlər qoyub və bunun müqabilində pasient klinikaya 2330 manat ödəyib.
Şikayətçi deyir: “Həkim qapaqları salanda balaca bir şok yaşadım. Həkim əvvəlki pasientdən sonra əllərini yumadı, işini tibbi əlcəksiz gördü. Xoşagəlməz hisslər keçirsəm də ona irad tutmağa daxili etikam yol vermədi. Amma alt və üst dişlərdəki kontaktın yaxşı olmadığını həkimin nəzərinə çatdırdım. ”1-2 həftəyə düzələcək” deyib məni yola saldı. Üstündən bir müddət keçəndən sonra diş ətrafları, toxumalar şişməyə, irinləməyə başladı. Nə qədər qarqara etsəm də nəticə olmadı. Bakıda olmadığım üçün xaricdəki klinikaların birinə müraciət etdim. Mənə infeksiya fəsadı olduğunu bildirdilər. Müvəqqəti müalicə kimi antibiotik kursu təyin edib, problemli zonanı yuyub, dezinfeksiya etdilər. Mən bu haqda Cavid Qurbanova yazsam da bir həftə ərzində heç bir cavab ala bilmədim”.
Şikayətçinin dediyinə görə, məlum prosedurdan sonra problem bir qədər səngisə də, bir müddət sonra problemli zona yenidən qanamağa və diskamfort yaratmağa başlayıb:
“Yenidən stomatoloq Cavid Qurbanova müraciət etdim, cavab almadığımı görüb, yenidən həkimə getdim, həmin qaydayla yenə də antibiotik, dezinfeksiya, rentgen, gigiyenik təmizləmə aparsalar da, problemli diş zonasını yaxşı təmizləyə və birbaşa müdaxilə edə bilmədilər. Yenə də mənə bu işi görən həkimlə əlaqə saxlamağı tövsiyə etdilər. Cavid Qurbanova nə qədər yazsam da, zəng etsəm də cavab gəlmədi. Məni bu vəziyyətə salan stomatoloqa məktub yazıb bu məsələni ictimailəşdirəcəyimi və müvafiq instansiyalara müraciət edəcəyimi dedim. O dərhal mənə zəng edib klinikaya gəlməyimi xahiş etdi. Lakin mesajdan sonra Cavid Qurbanov yenidən həftələrlə əlaqəni kəsdi. Bu müddət ərzində dişimdəki problemli zona yenə də şişməyə başladı. Məcbur olub qapaqları təcili sökdürüb ağrısı çənə sümüklərinə, qulaqlarıma qədər yayılmış diş və damağımın müalicəsinə başladım. Azad İstehlakçılar Birliyinin hüquqşünası Cavid Qurbanovla görüşdükdən sonra, nəhayət, yanvarın 24-də o mənə zəng etdi. Danışıqdan sonra Cavid Qurbanov yenidən ona 2-3 gün vaxt verməyimi və bu vaxt ərzində mənim pulumu qaytara biləcəyini dedi. Başa düşdüm ki, bu zəng də digərləri kimi yalandır”. Balayeva deyir ki, klinikaya ödədiyi məbləğin müqabilində ona heç bir rəsmi maliyyə sənədi verilməyib və ödədiyi vəsaiti geri ala bilməyib.
Məsələdə adı hallanan stomatoloq Cavid Qurbanov qəzetimizə bildirdi ki, Sevda Balayevanın iddiaları doğru deyil: “Onun implant dişləri 7 il əvvəl hansısa başqa bir klinikada düzəltdirilib. Biz sadəcə, onun qapaqlarını düzəltmişik. İndi də deyir ki, həmin qapaqlar onun damağını incidib, əti qızarıb. Mən 3 gün öncə də onunla danışdım. Bildirdim ki, gəlsin qapaqları dəyişim, yenidən düzəldim. Ancaq o, Londonda yaşayır. Dedi ki, gələ bilməyəcək. Mən də təklif etdim ki, həmin qapaqları Londonda dəyişdirsin, nə qədər vəsait lazım olsa mən ödəməyə hazıram. Hətta Sevda Balayevanın bank hesabının nömrəsini də istədim. Həmçinin təklif etmişəm ki, Bakıya gəlməsi üçün lazım olan biletin pulunu ödəyim, gəlsin və qapağı özüm düzəldim. Digər iddiaları isə yalandır. Bizdə bütün şəkillər, rentgen kağızları var”.
 
Cavib Qurbanov Sevda Balayevanın bu yolla onu şantaj etməyə çalışdığını da iddia etdi: “Mənə dedi ki, hazırda işsizəm və mənə pul lazımdır. Buna görə də səni şərləyəcəyəm. Mən isə dedim ki, məndə sənin bütün rentgen göstəriciləri, dişlərinin şəkilləri var. Ona görə də yanlış heç bir iddiasını sübut edə bilməz”. (Musavat.com)

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın