Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Şou Biznes / “Həkim səhlənkarlığının qurbanı oldum, 6 ay danışa bimədim”

“Həkim səhlənkarlığının qurbanı oldum, 6 ay danışa bimədim”

“2002-2003-cü illərdə səsim batdı. Həkimə getdim və o mənim səs tellərimi daha bərbad günə qoydu. Boğazımda polip var idi. 6 ay danışa bilmədim. Polipləri kəsdilər, başa salmaq üçün ancaq yazırdım. Həkim səhlənkarlığının qurbanı oldum. İkinci həkimi tapmasaydım, səsim tamamilə batardı, oxuya bilməzdim”. 

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı “ATV səhər”ə müsahibəsində deyib.

Sənətçi həmin ərəfədə mərhum Xalq artisti Səməd Səmədovun ona dəstək olduğunu bildirib:

“Allah Səmədə rəhmət eləsin. Mənə dedi ki, darıxma. Toya gələcəkəsən, bir-iki fonoqram oxuyarsan. Canlı ifa edə bilmirdim. Məni evdə oturtmadı, çörəksiz qoymadı. Evdə depressiyaya düşərdim”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …