Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Şou Biznes / Həkim orucluqdan sonra necə qidalanmağı məsləhət görür…

Həkim orucluqdan sonra necə qidalanmağı məsləhət görür…

 

Gəlin açıq danışaq ki, hər birimiz heç olmasa ildə bir dəfə Ramazanda oruc tutmağı arzulayırıq. İş orasıdır ki, oruc tutmaq heç də hamıya qismət olmur.Ya müxtəlif xəstəlikər buna izn vermir ya da ki, səbr və dözümsüzlük səbəbindən oruc tutma alınmır.

Təbii ki, orucu hamı Allah rizası üçün tutur. Acların, çörək və su üzünə həsrət qalanların nə çəkdiyini heç olmasa, ildə bir dəfə yaşamaq şansını Allah-təala insanlara verir ki, düzgün yolu müəyyənləşdirsinlər. Onlara verilən təamların qədrin bilsinlər. Açığı deyim, etiraf etmək də bir gözəlllikdir.

İçimizdə belə bir hiss də var : – Orucluqdan istifadə edib yaxşıca arıqlayaq , artıq piylərimizi əridək, xülasə çəkidən azad olaq.

O zaman ortaya maraqlı məqam çıxır. Əgər bir ay Ramazan boyunca xeyli çəki itirmişiksə, istədiyimiz formanı əldə etmişiksə, o zaman onu qorumağı da bacarmalıyıq. Ramazandan sonra düzgün qidalanma əsas şərtlərdən biridir. Oruc tutanlar buna riayyət etməsələr, ciddi şəkildə mədə-bağırsaq problemləri yaşayacaqlar. Əvvəla 17-18 saat ac qalmış bədən ramazan ayı bitər bitməz qidalarla yüklənərsə, həftədə azı 3-4 kq çəki artımı özünü göstərəcək. Yəni arıqlama tədricən başlamışdısa, kökəlmə sürətlə gedəcək. Uzun müssət istirahətə öyrəşmiş mədə qəfildən yüklənəcək ki, bu da xoşa gəlməz ağrılar (köp, mədə qıcqırma , küt ağrı və.s) verəcək.

Əgər çəkinizin artmasını, orqanizmdə fəsadlar yaşanmasını istəmirsinizsə, o zaman bir neçə məqama diqqət yetirmək lazımdır.

Səhər yeməyi həmişə olduğu kimi mütləq qəbul edilməlidir. Yaxşı olar ki, insanlar səhər yeməyini saat 7- 9 arasında qəbul etsinlər. Erkən oyanmaq və güclü qəhvəaltı gün ərzində orqanizmə güc qazandıracaq və əhval ruhiyyəyə müsbət təsir göstərəcək. Yox, əgər yatıb günorta durub sonra yağlı qidalar qəbul olunsa, həm rejim pozulacaq, həm də sürətli kökəlməyə start veriləcək. Bu baxımdan səhər mütləq erkən oynamaq lazımdır.

Günorta yeməyinə qədər yüngül qidaların “atışdırırılması” da məqsədə uyğundur. Bu aclığın qarşısını almaqla yanaşı günorta yeməyinin də nisbətən az yeyilməsinə səbəb olacaq. İlk həftə mümkün qədər şirniyyatdan az istifadə olunmalıdır. Xüsusilə bu xanımlar üçündür. Onlar şirniyyatı sevirlər. Yaxşı olardı ki, ən azı həftədə iki gün şirniyyatdan istifadə olunsun. Unutmayın ki, şirniyyat, şokoladlı məmulatlar qanda şəkərin miqdarını sürətlə artırır, kaloriləri də çox yüksəkdir. Bunlardan çox istifadə edilməsi həzm sisteminin fəaliyyətinin pozulmasına, qusmağa və ishala səbəb ola bilər.

Yeməkdən sonra çayın içilməsi də arzuolunmaz hallardandı. Bir başa öd kisəsində daş yaradır. Azı çayı 30 dəqiqə sonra içmək məsləhətdir. Axşam yeməyinə gəlincə yüngül qidalanma məsləhət görülür. Arterial təzyiq və şəkərli diabetdən əziyyət çəkənlər isə daha ehtiyatlı olsunlar. Axşam saatlarında bol maye qanda qlikozanı artıra bilər.Qəfildən narahatlıq yaşayarsız. Belə xəstələr mümkün qədər axşamlar qarpız və yemişdən uzaq dayansalar yaxşı olar.

Qidalanmanı gün ərzində 3 dəfə yox, 5-6 dəfəyə salmaq lazımdır. Əsas yemək aralarımda meyvə, qatıq, yüngül qidalardan istifadə etmək məsləhətdir.

Ramazandan sonra ilk 10 gündə bu cür qidalnma həm mədəni yormayacaq, eyni zamanda, artıq piylənməyə səbəb olmayacaq.

Çalışmaq lazımdı ki, meyvə tərəvəz və sulu yeməklər yağlı, agır xörəklərin qarşısını alsın. Bu, eyni zamanda qəbizlik və sürətli çəki artımlarının qarşısını alacaq.

Ramazandan sonra idmanla məşğul olmaq da məqsədə uyğundur. Qaçmaq, velosiper sürmək və yaxud da gəzmək orqanizmi əvvəlki vəziyyətinə qayıtmasına yardımçı olacaq , kökəlmə riskini aşağı salacaq. Ümumiyyətlə, hər bir kəsin sağlamlığı onun öz əlindədir. Çalışın, sağlamlığın qeydinə qalın, bir də insan istəyi sədd tanımır. O istəsə, dağı dağ üstə qoya bilər…

Ləman SÜLEYMANOVA, həkim, dietoloq

Həmçinin oxuyun

Əməkdar artist tanınmaz dərəcədə dəyişdi… – Video

Əməkdar artist, tanınmış bəstəkar Vüqar Camalzadə tanınmaz dərəcədə dəyişib. “Qafqazinfo” xəbər verir ki, o, uzun …

Bir cavab yazın