Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / “Həccə moda xətrinə getmək olmaz” – Komitə sədri

“Həccə moda xətrinə getmək olmaz” – Komitə sədri

Azərbaycanda əhalinin 96 faizi müsəlman, 4 faizi isə digər dinlərin nümayəndələridir.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda tarixdə sünni-şiə problemi özünü ciddi şəkildə göstərməyib: “Bu məsələni indi bəzi qüvvələr qabartmaq, qızışdırmaq istəyirlər”.

Komitə sədri bildirib ki, dində etdiyin əməli gözə soxmaq olmaz: “Həcc ziyarətinə moda xətrinə getmək olmaz. Həcc ziyarəti çox mühüm mənəvi əməldir. Həcc ziyarətinə getmək üçün mənəvi, psixoloji, fiziki, maddi baxımdan hazır olmalısan. Bəziləri həccə ona görə gedirlər ki, qayıtdıqdan sonra buna cəmiyyətdə hacı desinlər. Dinə gəlirsinizsə, düz-əməlli gəlin. Bəziləri az qala hamıya deyir ki, oruc tutram, namaz qılıram. Sən bir müsəlman kimi bunları etməlisən. Bunu niyə hamıya deyirsən? Bəziləri isə məsciddən çıxıb dinə zidd hərəkətlər edirlər. Bu, yolverilməzdir”.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın