Cümə , Noyabr 22 2019
Ana səhifə / Şou Biznes / Həccə 2-ci dəfə gedənlər əlavə pul ödəyəcək

Həccə 2-ci dəfə gedənlər əlavə pul ödəyəcək

Səudiyyə Ərəbistanına Həcc və Ümrə ziyarətinə ikinci dəfə gedənlər əlavə 530 dollar ödəməli olacaqlar.

Azinforum.az Report-a istinadən xəbər verir ki, hicri-qəməri təqvimi ilə 1438-ci ilin məhərrəm ayının 1-dən etibarən ikinci dəfə Həcc ziyarətinə gedəcək olanlardan əlavə pul alınmasını nəzərdə tutan sənəd təsdiqlənməsi üçün ölkə kralı Salman Əbdüləzizə təqdim edilib.

Səudiyyə Ərəbistanının Hicaz bölgəsinin mehmanxana və ticarət obyektlərinin sahibləri qərar təsdiq ediləcəyi təqdirdə müştərilərini itirəcəklərini bildiriblər. Müştərilərinin yarısının təkrar gələn insanlar olduğunu deyən sahibkarlar son beş ildə onsuz da zəifləyən işlərinin bu qəradan sonra daha da çətin vəziyyətə düşəcəyini vurğulayıblar.

Həmçinin oxuyun

Vüsalənin keçmiş əri üçüncü dəfə evlənir – FOTO

Tanınmış aparıcı Azər İsmayılov (Zahid) üçüncü dəfə ailə həyatı qurur. Azinforum.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, …

Bir cavab yazın