Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Həbsdəki sabiq polis zabitinin müraciətinə rədd cavabı verilib

Həbsdəki sabiq polis zabitinin müraciətinə rədd cavabı verilib

Ötən ilin yayında dəhşətli şəkildə qətlə yetirilən, Quba yolundan yandırılmış cəsədi tapılan 2 saylı Doğum Evinin həkim-ginekoloqu Natəvan Əliyevanın ölümü ilə bağlı onun həbs edilən keçmiş həyat yoldaşı, sabiq polis zabiti Samir Əliyevə ailəsi ilə görüş verilmir. Bir ilə yaxındır ki, həbsdə olan S.Əliyev indiyə qədər bir dəfə də olsun, ailəsi ilə görüşməyib.

Bununla bağlı onun vəkilləri məhkəmə instansiyalarına baş vursalar da, istədiklərinə nail ola bilməyiblər. Son olaraq da, Konstitusiya Məhkəməsi sabiq polis zabitinin müraciətini rədd edib.

Bu barədə müsavat.com-a Samir Əliyevin hazırkı həyat yoldaşı Zəminə Əliyeva məlumat verib: “Həyat yoldaşım qanunsuz həbs olunduğu müddətdən bu günə kimi Baş Prokurorluğun müstəntiqi Aslan İbrahimovun qanunsuz qərarları əsasında doğmaları və 4 azyaşlı uşağı ilə hər növ əlaqədən məhrumdur. Vəkillər Ceyhun Yusifov və Elnur Quliyev indiyə qədər onlarla vəsatət qaldırıblar, lakin hər birinə rədd cavabı verilib. Bununla da, müdafiənin qurulmasına xeyli əngəllər törədilib. Vəkillər müstəntiqin qanunsuz qərarına, xüsusilə Əliyev Samirin konstitusion hüquqlarının pozmasına görə Konstitusiya Məhkəməsinə müraciət etdilər. Lakin Konstitusiya Məhkəməsinin «13 aprel 2015-ci tarixli və 17/11-Y-12 saylı məktubunda müraciətə rədd cavabı verən Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərov bunu absurd cümlələrlə əsaslandırdı. Bildirdi ki, “Konstitusiya Məhkəməsi haqqında» Qanunun 34-cü maddəsində Konstitusiya Məhkəməsinə şəxs tərəfindən verilən şikayətlərin əsasları və qaydaları müəyyən edilib, həmin qanunun 34.2-ci maddəsində Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə daır şikayətlərə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasının halları müəyyən olunub, qanunun 34.4.1-ci maddəsində isə şikayətin axırıncı məhkəmə instansiyasının, yəni Ali Məhkəmənin qərarının qüvvəyə mindiyi andan 6 ay müddətində Konstitusiya Məhkəməsinə verilməsinin mümkünlüyü göstərilib. Qeyd edim ki, məhkəmə nəzarəti qaydasında sonuncu instansiya Apellyasiya Məhkəməsinin qərarı olduğu halda, Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını tələb edir”.

Sabiq polis zabitinin həyat yoldaşı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə də müraciət etdi: “Konstitusiya Məhkəməsinin sədri cənab Fərhad Abdullayevə müraciət edərək xahiş edirəm, ki, Samir Əliyevin bu işinə biganəliklə yanaşmasın. Çünki ədalət mühakiməsini həyata keçirən insan ən birinci öz əməllərinə qiymət verməyi bacarmalıdır”.

Xatırladaq ki, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində naməlum qadının şəxsiyyəti müəyyənləşdirilib.

Meyitin 1981-ci il təvəllüdlü Bakı sakini Natəvan Əliyevaya məxsus olduğu bəlli olub. N.Əliyeva Xətai rayonunda yerləşən 191 saylı orta məktəbin direktoru Əliyeva Rəhimə İsmayıl qızının həm gəlini, həm də qardaşı qızı olub.

Şübhəli şəxs qismində saxlanılan Samir Əliyev bu günə qədər həbs müddətinin uzadılması ilə həbsdədir.

İstintaq hazırda davam edir.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın