Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Gürcüstan gömrüyündə manatımıza qarşı ağılasığımaz hörmətsizlik – ŞOK

Gürcüstan gömrüyündə manatımıza qarşı ağılasığımaz hörmətsizlik – ŞOK

Milli valyutanın dəyərdən düşməsinin acı nəticələrindən bir haqqında Moderator.az – a ilginc məlumat daxil olub.

Bildirlir ki, son illər ərzində İranda və Gürcüstanda milli valyutamızın ən urvatlısı olan 100 manatlıq əskinası görən müştərilər hətta onun təmiz və ya saxta olmasına məhəl qoymadan havada qapdıqları halda bu gün bu ölkələrdə həmin pulun üzünə də baxan yoxdur…

Daha doğrusu, hər gün dəyərdən düşən valyutamızın son aqibətinin naməlum olduğundan ehtiyatlanan Gürcüstan və İran mağazaları, xidmət və ticarət obyektləri Azərbaycan manatını qəbul etməkdən imtina edərək dollar tələb edirlər. Buna imkanı olmayanlarsa məcbur olub manatı real kursundan xeyli aşağı vermək zorunda qalırlar.

Bir oxucumusa bir az öncə bizə yazıb ki, dünən axşam Azərbaycandan Gürcüstan yolu ilə Türkiyəyə gedərkən Gürcüstan gömrüyü ərazisindəki dönərxanada Azərbaycan manatı ilə ona dönər satmaqdan imtina ediblər. Nə qədər hay – küy salsa da ona deyiblər ki, ola bilsin sən dönəri yeyib qurtaranadək aldığımız pul iki dəfə dəyərdən düşəcək, ona görə də yaxşısı budur dollarla ödə. Bu cavabdan şoka düşən dostumuz etiraz əlaməti olaraq dönər yeməkdən imtina edərək kafeni ac tərk edib…

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın