Ana səhifə / Şou Biznes / Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında etiraz aksiyası – FOTO

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında etiraz aksiyası – FOTO

Bu gün Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda etiraz aksiyası keçirilib.

APA-nın məlumatına görə, aksiyada Vaxtanqisi Gürcüstan-Azərbaycan sərhəd nəzarət-keçid məntəqəsinə yaxın kəndlərin (Vaxtanqisi, Nəzərli və Kosalı), eləcə də Ağstafa rayonunun Sadıxlı, Muğanlı kəndlərinin sakinləri iştirak ediblər.

Aksiya iştirakçıları Gürcüstan tərəfinin süni yaratdıqları problemlərin həll edilməsini tələb ediblər. Aksiyada 25 nəfərdən çox Gürcüstan və Azərbaycan vətəndaşları iştirak edib.

Aksiya iştirakçıları son aylarda sürücülərə 1000 lari həcmində cərimə yazılmasından şikayət ediblər. Aksiya iştirakçılarından Azərbaycan vətəndaşları Rafiq Mustafayev, Rövşən Yusubov, Ceyhun Namazov, Gürcüstan vətəndaşlarından isə Kamran Əliyev və digərləri Vaxtanqisi sərhəd nəzarət-keçid məntəqəsinin əməkdaşlarının onları sorğu-suala tutduqlarını, Gürcüstan və Azərbaycana hansı məqsədlə getdiklərini, özləri ilə nə apardıqlarını, habelə nə vaxt qayıdacaqları barədə suallar verdiklərini bildiriblər.

Qeyd olunub ki, idarə etdikləri avtomobillərin yanacaq çənində 10 litrdən artıq yanacaq aşkar edildiyi halda 1000 lari cərimə yazılıb, habelə bəzi hallarda gürcü və rus dillərində suallara cavab verməyən kənd sakinlərinə nəzarət-keçid məntəqəsindən keçməyə icazə verilməyib.

Aksiya iştirakçısı olan Sadıxlı kənd sakini Ceyhun Namazov onun avtomobilinin qapılarının içəri üzlüklərinin söküldüyünü və heç nə tapılmadıqda, yenidən geri yığıldıqda, nəqliyyat vasitəsinin yararsız hala düşdüyünü bildirib.

Qardabani rayonunun Kosalı kənd sakini Kərəm Əliyev isə sərhədi keçərkən onlara prosedur qaydaları haqqında ətraflı məlumat verilmədiyini deyib.

Aksiya iştirakçıları sərhəddə qarşılaşdıqları problemlər və əngəllər barədə Gürcüstan Maliyyə Nazirliyinin müvafiq departamentinə məlumat veriblər. Nazirlik rəsmisi Xatiya Moistrapişvili bildirib ki, istər Gürcüstan, istərsə də Azərbaycan vətəndaşlarına Vaxtanqisi sərhəd nəzarət-keçid məntəqəsini keçərkən yazılan cərimələr və protokollarla bağlı faktlar təsdiqlənsə, müəyyən ölçü götürüləcək.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın