Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Şou Biznes / “Gürcü dilini bilmir, amma oturub parlamentdə” – Hüquq müdafiəçisindən Azərbaycanlı deputata ağır ittiham

“Gürcü dilini bilmir, amma oturub parlamentdə” – Hüquq müdafiəçisindən Azərbaycanlı deputata ağır ittiham

Tanınmış hüquq müdafiəçisi, Milli Azlıqların Monitorinq Qrupunun rəhbəri Elbrus Məmmədov Gürcüstanda yaşayan Azərbaycan İcması ilə bağlı kəskin ittihamlar səsləndirib.

O, Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyevi sərt tənqid edib. E.Məmmədov deputatı Azərbaycan dilli məktəblərin bağlamasında və gürcü dilini bilmədən parlamentdə səmərəsiz fəaliyyət göstərməkdə günahlandırıb: 

“1991-ci ildə Gürcüstanda 180, 2003-cü ildə isə 164 Azərbaycan məktəbi olub. 2003-cü ildən 2012-ci ilə qədər məktəblərin sayı azalaraq 120-yə enib. 2016-cı ildə Gürcüstanda 114 Azərbaycan məktəbi qalıb. 

Bu məsələ nə Gürcüstan Parlamenti, nə də bələdiyyə səviyyəsində gündəmə gətirilməyib. Mahir Dərziyev məktəblərin bağlanmasında birbaşa günahkar şəxsdir. O, bir dəfə də olsun bu məsələləri parlamentdə qaldırmayıb. Gürcü dilini bilmir, amma oturub parlamentdə. Nə xeyirə yarayır, nə şərə. Heç bir problemimizi, dərdimizi yuxarı dairələrə çatdırmır”. 

E.Məmmədov bildirib ki, 2010-cu ildə Gürcüstanda Azərbaycan icmasından olan məmurların tam razılığı ilə Marneuli bələdiyyəsində 19 kəndlərin adlarının dəyişdirilməsinə cəhd olub:

 “www.reestri.gov.ge saytında Marneuli rayonunda yaşayış məntəqələrinin adlarının olduğu xəritə dəyişdirilib. 2011-ci ildə Tsalka rayonunda (Barmaqsız) 12 yaşayış məntəqəsində türk toponimləri dəyişdirilib. Heç bir məmur parlament və ya regional səviyyədə toponimlərin adlarının qeyri-qanuni dəyişdirilməsi ilə bağlı müvafiq suala cavab vermədi. Yalnız vətəndaş cəmiyyətinin fəallığı nəticəsində bütün adlar qaytarılıb. Bu məsələlər Azərbaycan icmasının heç bir nümayəndəsi tərəfindən qaldırılmayıb. Adların bu cür qanunsuz dəyişdirilməsinə qarşı fəal mübarizə aparan ictimai təşkilatların qarşısını almağa çalışırdılar”.

Vəkil əlavə edib ki, 2016-cı ilə qədər Gürcüstan hakimiyyəti Borçalı bölgəsində azərbaycanlıların 60-dan çox kənd və rayonlarının, bir çox digər toponim və hidronimlərinin adlarını gürcü adlarını dəyişdirib:

 “Bundan əlavə 1990-ci ilə qədər Gürcüstanda Azərbaycan icmasının sayı 700 000, 2002-ci ildə isə onların sayı 284 000 nəfər olub. 2003-cü ildən etibarən isə Azərbaycan icmasının sayının azalması tendensiyası başlayıb. 2014-cü ildə Gürcüstanda Azərbaycan icmasının sayı tarixi minimuma – 233 000 nəfərə düşüb”.

AzNews.az

Həmçinin oxuyun

Xalq artisti Flora Kərimovanın doğum günüdür

Azərbaycan estradasının canlı əfsanəsi Flora Kərimova bu gün 78 yaşını qeyd edir. 1941-ci il iyulun …

Bir cavab yazın