Ana səhifə / Şou Biznes / Gülüstan Əliyeva: ‘Qayınanam dedi ki, biz toyu etmişik, nəyə gəlmisiz?’ – VİDEO

Gülüstan Əliyeva: ‘Qayınanam dedi ki, biz toyu etmişik, nəyə gəlmisiz?’ – VİDEO

“Həyat yoldaşım minaya düşüb şəhid oldu”
ARB TV-nin “Gəlin danışaq” verilişinə qonaq olan əməkdar artist Gülüstan Əliyeva maraqlı açıqlamalar verib.
Əməkdar artist, ailə həyatı qurması ilə bağlı xatirələrini bölüşüb:
“Həyat yoldaşım yaşadığı bölgədə çox tanınan bir insan idi. Gənc olmasına baxmayaraq, çox hörmətli şəxs idi. Nəsilləri də köklü idi. Onlar hamısı Zahidin (yoldaşımın) toyunu səbrsizliklə gözləyirdilər. Qız toyumun bitməsinə az qalmış, oğlan tərəfi dedi ki, biz, artıq, gəlinimizi aparırıq. Araya çaxnaşma düşdü. Qardaşım küsdü, anam ağladı. Çünki onlar bizə məni aparacaqlarını deməmişdilər. Sonunda, bizimkiləri razı sala bildilər. Getdim gördüm ki, artıq, onlar toy hazırlıqlarına başlayıblar. 3 dənə mağar qurublar: biri kənd camaatı, biri rayon, digəri isə Bakıdan gələnlər üçün. Çox böyük, təntənəli toy oldu. Anam düşünüb ki, bazar günü toydur, biz də 2-ci gün gedib Gülüstanı görərik. Anamgil 2-ci gün gəliblər bizə. Həyətə girən kimi qayınanam bizimkilərin qabağına çıxıb deyib ki, “nəyə gəlmisiz, biz, artıq, toyumuzu etmişik”. Anam da “yaxşı, bəs indi qayıdaq geriyə?” – deyib və gülüşüblər. O gözəl toydan video, foto, heç nə yoxdur”.
Gülüstan Əliyeva, həyat yoldaşının şəhid olmasından danışarkən, göz yaşlarını saxlaya bilməyib: 
“11 ay idi ki, ailə qurmuşduq. Oğlum da dünyaya gəlmişdi. Sözügedən 11 ay bütün ömrə bəs edər. Yoldaşım minaya düşdü. Həyat yoldaşım polis rəisi idi. Medalla təltif olunmuşdu. Düşmənlər onu izləyirdilər ki, aradan götürsünlər. Axırda istəklərinə nail oldular. Yoldaşım minaya düşüb şəhid oldu”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın