Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Şou Biznes / Güllü Hüseynova: “Rəmişsiz ölü kimiyəm”

Güllü Hüseynova: “Rəmişsiz ölü kimiyəm”

“Rəmişsiz ölü kimiyəm. Onsuz yaşamaq çox çətindir”.

Bunu Azvision.az -a mərhum gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) xanımı Güllü Hüseynova həyat yoldaşının xatirəsindən danışarkən deyib. O, Rəmişin yoxluğuna dözə bilmədiyini söyləyib:

“Rəmişin yaşamadığı dünyada Güllü necə olar? Onsuz ayaq üstə gəzən canlı meyitəm. Yaşayan cismimdir. Hələ də özümə gələ bilməmişəm. Buna görə yoldaşımla bağlı çəkilişlərə, müsahibələrə razılıq verə bilmirəm. Rəmiş haqda keçmiş zamanda danışmaq mənə əzaba bərabərdir”.

Qeyd edək ki, uzun müddət xəstəlikdən əziyyət çəkən Xalq artisti aprelin 5-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Həmçinin oxuyun

“Kim deyir ki, qadağa var? Vallah, hər gün toydur“ – Aşıq Zülfiyyə

Pandemiya dövrü bir çox sahələri zəiflətdiyi kimi, toy və şou proqramlardan pul qazanan sənət nümayəndələrindən …