Bazar ertəsi , İyul 13 2020
Ana səhifə / Şou Biznes / Gülağa Tənha Akif Çovdarovun cinayət işində zərərçəkmiş olan şəxsin məhkəməsində ifadə verib

Gülağa Tənha Akif Çovdarovun cinayət işində zərərçəkmiş olan şəxsin məhkəməsində ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
“Report”un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində şair Gülağa Tənha (Gülağa Qəmbərov) ifadə verib.
O, 19,5 milyon dolları İ.Qasımova verdiyini deyib: “İş qurmaq üçün həmin pulu ona verdim. İlham müəllimin səmimiyyətinə inandım. Biz 10 milyon dollara ev tikməli idik. 5 milyon dollara isə işləri tamamlamalıydıq. Lakin işlər alınmadı və o, mənim ailəmi təhqir elədi. Sonra hüquq-mühafizə orqanına müraciət elədim”.
Proses hazırda davam etdirilir.
Qeyd edək ki, İ.Qasımov bu il iyun ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İ.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra İ.Qasımov barəsində CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham irəli sürülüb.
O, 13 milyon manat pulu dələduzluq etməkdə təqsirli bilinir.
Xatırladaq ki, E.Məmmədovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

Həmçinin oxuyun

“Bilmirsən kimə inanasan, hərə bir söz deyir” – Cavan Zeynallı

“Adam nə qədər özü üçün çalıb-oxuyar? Heç nə konsertin yerini vermir”. Bunu Azvision.az -a Xalq artisti Cavan …

Bir cavab yazın