Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Gülər Əhmədovanın apellyasiya şikayəti təmin edilməyib

Gülər Əhmədovanın apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, G.Əhmədovanın iddiası təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, G.Əhmədova şərti məhkum etmə cəzasının ləğv olunması və məhkumluğun götürülməsinə dair Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib. Qərardan narazı qalan G.Əhmədova apellyasiya şikayəti verib.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub. Report.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın