Çərşənbə axşamı , İyul 7 2020
Ana səhifə / Şou Biznes / Gülər Əhmədova məhkəmə qarşısında

Gülər Əhmədova məhkəmə qarşısında

Keçmiş deputat Gülər Əhmədovanın apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçiriləcək iclas yanvarın 19-na təyin edilib.
Qeyd edək ki, G.Əhmədova şərti məhkum etmə cəzasının ləğv olunması və məhkumluğun götürülməsinə dair Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib. Qərardan narazı qalan G.Əhmədova apellyasiya şikayəti verib.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub. report.az

Həmçinin oxuyun

“Bizim millətimiz çox qudurğan millətdir…” – Məleykə Əsədova

Feysbuk sosial şəbəkəsindəki böyük səhifələrdə tanınmış aktrisa, xalq artisti Məleykə Əsədovanın Azərbaycan xalqını təhqir etməsinə …

Bir cavab yazın