Cümə , Oktyabr 23 2020
Ana səhifə / Şou Biznes / Gözdən Əlillər Cəmiyyətinin sədri “4 milyonluq yeyinti” iddiası… 

Gözdən Əlillər Cəmiyyətinin sədri “4 milyonluq yeyinti” iddiası… 

Fevralın 18-də Qafqaznews.az saytında “Gözdən Əlillər Cəmiyyətində 4 milyonluq yeyinti, fırıldaqla ev alqı-satqısı, çirkin maxinasiyalar… – ŞİKAYƏT + ETİRAF” başlıqlı yazı dərc olunmuşdu.
Məqalədə bildirilirdi: “Bu günlərdə Bakı şəhəri Nəsimi rayon sakini Babək Əlləz oğlu Mustafayev Qafqaz Xəbər Agentliyinə müraciət edərək, fırıldaqçılar tərəfindən aldadıldığını və ailəsi ilə birlikdə mənzilsiz qaldığını bildirib. B.Mustafayev öz müraciətində yazır: “2011-ci ildə mən və ailəm Nəsimi rayonu, 20 Yanvar küçəsi 35, mənzil 7-də yaşayırdıq. Mənzilimiz ikiotaqlı idi, biz daha geniş mənzil və ya ev almaq istədik. Bir gün təsadüfən, bir tanışım dedi ki, Bəybala adlı bir nəfər mənə borcludur, ev satır, sizi tanış edim, mənim də borcum “dirilsin”. O vaxt Korlar Cəmiyyətində sədr müavini çalışırdı (vətəndaş Gözdən Əlillər Cəmiyyətini nəzərdə tutur, adıkeçən şəxsin isə Bəybala İbadullayev olduğunu müəyyən etdik – red.). O, bizə “Qurtuluş-93” yaşayış massivi ilə üzbəüz olan ikimərtəbəli evlərdən birini 65 min dollara təklif etdi. Biz mənzilimizi satacağımızı bildirdikdə, Bəybala bizə evləri dəyişməyi, qalan 12 min dollar  məbləği isə hissə-hissə ödəməyimizi təklif etdi. Əlil olmasına, həm də tez-tez Allahdan danışmasına görə, atam ona inandı, dedi ki, Allah adamıdır, bizi aldatmaz”.

12735632_178345029205565_1403862364_n
Vətəndaş öz şikayətində bildirmişdi ki, B.İbadullayev onların etibarından sui-istifadə edərək, mənzillərini başqasının adına keçirtdirib, lakin vəd etdiyi evin sənədlərini düzəldib Mustafayevlər ailəsinə verməyib: “Biz 2 ay sonra evdən çıxmalı olduq və 4 ilə yaxın müddətdə kirayədə qaldıq. Bəybalanın dediyi evə getdikdə isə gördük ki, o evi də kiməsə borcu qarşılığında verib və artıq həmin evdə məskunlaşanlar var. Bəybala İbadullayev bu 4 ildə bizə cəmi 26 min dollar pul verib, 27 min dolları isə ondan hələ ala bilməmişik. Bu müddətdə həm evlər xeyli bahalaşıb, həm də biz aylarla, illərlə kirayə pulu vermişik”.
Daha sonra B.İbadullayevlə əlaqə saxladıq, o, hazırda Gözdən Əlillər Cəmiyyətində işləmədiyini, “Braille Teknik Azərbaycan” MMC-nin rəhbəri olduğunu qeyd etdi. “Babək və Əlləz Mustafayevləri tanıyırsınız?” – deyə soruşduq. “Bəli, tanıyıram… Əlləz müəllim gözəl insandır”. “Amma sizin gözəl insan dediyiniz adamlar sizi fırıldaqda ittiham edir. Dediklərinə görə, siz onları aldatmısınız və neçə ildir  27 min dollar borcu ödəmirsiniz”, – deyə qeyd etdik. “Məsələ tam o cür deyil. Mənim o adamlarla heç bir alqı-satqı işim olmayıb. Həmin söhbətdən xəbərim var, onların problemi tezliklə həllini tapacaq”, – deyə B.İbadullayev bildirdi”.
Həmin yazının dərcindən sonra B.İbadullayevlə yenə telefon söhbətimiz oldu. O, 2011-ci ildə Gözdən Əlillər Cəmiyyətindən öz istəyi ilə uzaqlaşdığını bildirdi: “Orda haqsızlıqlarla üzləşmişdim”.
Birbaşa olaraq, haqsızlığın kim tərəfindən edildiyini desə də, B.İbadullayevdən tutulması zamanı cəmiyyət sədri S.Abdullayevin hansı addım atdığını soruşanda müsahibimiz cavab verdi: “Mən özüm getdim qabaqda. “Parovoz” deyiləm ki, kimisə dalımca aparım”.
“Bəs Səmyar Abdullayev?” deyə sualımızı təkrarladıq.
“Səmyar müəllim elə adamdır ki, özünü riskə salmaq istəmir, bu proseslərdən kənarda qaldı”, – deyə B.İbadullayev bildirdi.
Bu gün isə S.Abdullayev bizim redaksiyamıza zəng edərək (həmçinin, electron poçtumuza Gözdən Əlillər Cəmiyyəti adından təkzib məktubu göndərib – red.), B.İbadullayevin borc məsələsində iştirak etmədiyini və bu məsələdə məsuliyyət daşımadığını deyib.12735655_178344995872235_930019288_n
Əvvəla təkzib məktubundakı bəzi məqamları oxucuların diqqətinə çatdırırıq: “Məqalədə sözü gedən Babək və Əlləz Mustafayevlərlə Cəmiyyətin keçmiş vitse-prezidenti Bəybala İbadullayev arasında olan münasibət Cəmiyyətin maraqları çərçivəsindən kənardır. Belə ki, B.İbadullayevə AzGƏC tərəfindən mənzil növbəsinə uyğun olaraq Bakı Şəhəri Nərimanov  rayonu F.Yusifov 45a ünvanında üçotaqlı mənzil verilmişdi. İbadullayev mənzilini sataraq, Masazır qəsəbəsində şəxsi mülkiyyət əldə etmiş və bizə məlum olmayan bu mülkiyyəti Mustafayevlərə satmaq istəmiş, amma hansısa problemlərə görə bu alqı-satqı baş tutmamışdı. Bu sövdələşmə AzGƏC-in maraqları çərçivəsindən kənarda olduğundan, bu barədə bizə heç bir informasiya daxil olmayıb”.
Onun sözlərinə görə, Babək və Əlləz Mustafayev cəmiyyət rəhbərliyinə müraciət edərək bu barədə bildiriblər: “Əlləz kişi mənim yanıma gələrək, ona bu məsələdə kömək etməyimi istədi. Mən dedim ki, bu işə qarışa bilmərəm, bu sizin öz aranızda olan məsələdir. Amma B.İbadullayevə dəfələrlə xəbərdarlıq etmişəm ki, kasıb adamlardır, onların pulunu qaytarsın”.
O, B.İbadullayev tutularkən heç kimə “dil-ağız” etmədiyini, nə də istintaq və məhkəmə prosesində tərəf kimi iştirak etmədiyini deyib: “Mən heç kimə deməmişəm ki, şikayətinizi geri götürün, ya da ona görə heç bir instansiyaya müraciət etməmişəm. O, öz şəxsi əməllərinə görə tutulub. Savadlı oğlandır, amma belə şeylərə baş qoşub, özünü pis etdi. O ki, qaldı mənim belə işlərdən kənar qalmağıma… Bəybala düz deyir, mən həmişə belə işlərdən kənarda qalmışam”.
Onun sözlərinə görə, B.İbadullayevin və ya başqasının hər hansı alqı-satqı işində cəmiyyət adından istifadə etməsi yolverilməzdir: “Bu işlər İbadullayevin öz təşəbbüsü ilə gerçəkləşib. “Dörd milyonluq yeyinti” kimi xəbər isə tamamilə absurd və gülüncdür. Cəmiyyətimiz hər ilin sonu müvafiq qurumlara öz hesabatını təqdim edir. Bizim fəaliyyətimiz yetərincə şəffafdır. Mənə bu yazı barədə xəbər veriləndə təəccübləndim ki, hardadır bizdə o bəxt, dörd milyon manat da tapşırsınlar? Biz fəaliyyətimiz ərzində o qədər vəsait görməmişik, Gözdən Əlillər Cəmiyyəti məhdud vəsaitlər, qrantlar ilə fəaliyyətini gerçəkləşdirir”.
Həmçinin AzGƏC sədri vurğulayıb ki, İbadullayev cəmiyyəti 2008-də tərk edib, lakin 2011-ci ildən onu görmür. Amma o,telefon söhbəti zamanı İbadullayevin məhz şikayətçi vətəndaşların müraciəti ilə tutulduğu zaman kənarlaşdırıldığını bildirdi – bu hadisə isə 2011-ci ilə təsadüf edir.
S.Abdullayenin fikirlərinə Babək Mustafayevin də şərhini almaq istədik. Görəsən, kim kimə müraciət edib? Axı, B.Mustafayev öz ərizəsində bildirirdi ki, S.Abdullayev onlara müraciət edib və B.İbadullayevdən şikayətçi olmamağı xahiş edib.
Babək Mustafayev telefon söhbətində bildirdi ki, S.Abdullayev onun atası Əlləz Mustafayevlə özü görüşmək istəyib və İbadullayevdən şiklayətçi olmaması üçün onu inandırmağa çalışıb: “Onlar Ayna Sultanova yaxınlığında bir çay evində görüşdülər. Bizdən başqa da şikayətçilər var idi bu məsələdə, onlardan da xahiş etmişdi… Səmyar müəllim atama və digər şikayətçilərə demişdi ki, şikayətinizi geri çəkin, arxayın olun, qısa zamanda borcların hamısını ödəniləcək”.
B.Mustafayev əlavə edib ki, B.İbadullayev ona Şıxov və Buzovnada da torpaq sahələri təklif edib: “Buzovnada cəmiyyətin balansında olan torpaq da təklif etmişdilər”.
S.Abdullayev isə bu iddianı tamamilə təkzib edib: “Bizim Buzovnada torpaq sahəmiz yoxdur. Şıxovda Əlləzə torpaq təklif etmişdilər, bildiyimə görə, sonra onun sənədini düzəldə bilməmişdilər”.
Mövzunu diqqətdə saxlayacağıq.

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …

Bir cavab yazın