Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Göygöl polisləri mətbuatla əməkdaşlıq etmək istəmirlər?

Göygöl polisləri mətbuatla əməkdaşlıq etmək istəmirlər?

Martın 24-də 46 yaşlı Göygöl sakini Nəzər Məmmədəliyev özünü yandırıb. Hadisə Gəncə şəhəri DYPİ-nin yaxınlığında baş verib. Gəncə şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğundan APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, martın 24-də Göygöl rayon sakini, 1970-ci il təvəllüdlü Məmmədəliyev Nəzər Tofiq oğlunun özünü yandırması faktına görə Gəncə şəhər Prokurorluğunda Cinayət Məclləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Aparılmış ilkin araşdırma zamanı müəyyən edilib ki, martın 24-də saat 21:30 radələrində N. Məmmədəliyev idarə etdiyi “VAZ-2102” markalı 22 BB 116 dövlət qeydiyyat nişanlı avtomobili ilə “dayanma, keçmə qadağandır” yol nişanının tələbini pozduğuna görə Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

N. Məmmədəliyevin sərxoş vəziyyətdə avtomobili idarə etməsi müəyyən edildiyindən o, Gəncə rayonlararası narkoloji dispanserinə aparılaraq orada müayinədən keçirilib. Müayinədən sonra onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyənləşdirilib və idarə etdiyi avtomobil Gəncə Dövlət Yol Polisi Şöbəsinin cərimə meydançasına aparılıb.

Bundan sonra N.Məmmədəliyev əşyalarını götürmək adı ilə maşına yaxınlaşıb və avtomobilin salonundan plastik qabda olan yandırıcı məhlulu götürüb və üzərinə tökərək özünü yandırıb. Orada olan polis əməkdaşlarının səyi ilə dərhal yanğın söndürülüb və N.Məmmədəliyev Gəncə şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. İnzibati Xətalar Məcəlləsinin 158.1 maddəsində görə, icazə olmayan yerlərdə nəqliyyat vasitələrinin saxlanması və ya avtomobil yerləşdirmə qaydalarının pozulmasına görə xəbərdarlıq və ya 20 manat həcmində cərimə nəzərdə tutulur. Biz aydınlaşdırmağa çalışdıq, Nəzər Məmmədəliyev “parkinq” (avtomobil yerləşdirmə) qaydalarını pozduğuna görə cərimə olunubmu?

Cavab əldə etmək üçün Gəncə Şəhər Polis İdarəsi ilə əlaqə yaratmağa çalışdıq. Lakin bizim dəfələrlə cəhd etməyimizə baxmayaraq, bu, heç bir şəkildə baş tutmadı. O zaman bizi maraqlandıran cavab almaq üçün Göygöl RPİ-yə zəng etdik. Soyadını bildirməkdən imtina edən Göygöl RPİ əməkdaşı N.Məmmədəliyevin özünü yandırması barə163_prava4-bella-4də məlumatı təkzib etdi. “Bu informasiya həqiqətə uyğun deyil”, – deyə polis əməkdaşı bildirdi. Lakin Göygöl RİH-in şöbə müdiri Ariz Eyvazov sözüged47393_src-1ən məlumatı təsdiqlədi. Bəs Göygöl RPİ-də bunu niyə gizlətməyə çalışırlar?

“Göygöl RPİ tərəfindən Nəzir Məmmədəliyevin özünün yandırması barədə məlumatın təkzib edilməsi məmurlarımızın səriştəsizliyindən xəbər verir” – deyə hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib. Başqa bir hüquq müdafiəçisi Novella Cəfəroğlunun fikrincə, bəzi polis əməkdaşları informasiyanı KİV-dən gizlədə bilərlər. “Lakin bu gün bu mümkün deyil. Gec-tez ictimaiyyət Nəzər Məmmədəliyevin həqiqətən intihara cəhd edib-etmədiyini öyrənəcək”, – deyə N.Cəfəroğlu qeyd edib.

 

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın