Ana səhifə / Şou Biznes / Göyçayın hərbi komissarı ağıllını necə «dəli» edir?

Göyçayın hərbi komissarı ağıllını necə «dəli» edir?

Baş həkimlə birləşən sözügedən şəxs hərbi bilet satışıyla məşğul olur

Göyçay rayonunda hərbi xidmətdən yayınma halları son dövrlər bir qədər artıb. JAM.AZ xəbər verir ki, bu artıma səbəb təkcə valideynlər deyil, eyni zamanda yerli Hərbi Komissarlıqdır.

Qeyd edək ki, bəzi valideynlər uşaqlarının həqiqi hərbi xidmətə yollanmasına razı olmurlar. Bu səbəbdən də onlaro Göyçay Hərbi Komissarlığına yol tapıb, onlarla anlaşırlar. Elxan Quliyev adlı oxucumuz yazır ki, rayonun Hərbi Komissarlığında maddi maraq qarşılığında, ağıllı adamı «dəli» çıxarıb, ona hərbi bilet verirlər. Bunun qarşılığı olaraq nə qədər vəsaitin xərcləndiyi hələlik məlum deyil.

Amma işin maraqlı tərəfi odur ki, hərbi komissiyadan keçən gənc sonradan yenidən «normal həyatı»na dönməyə başlayır. Bir qədər ara sakitləşdikdən sonra isə həmin «dəli»yə sağlamlıq haqqında arayış verilir. Və həmin arayışda uşağın artıq normal həyata döndüyü vurğulanır.

Həmin məlumatlarda vurğulanır ki, Hərbi komissara bu işdə yardım edən əsas fiqur Göyçayın baş həkimi Famil Zeynalovdur. JAM.AZ-a daxil olan məlumatlara görə, bu iki şəxsin əsas cəhdi gəncləri hərbi xidmətdən yayındırmaqdır. İddia edilir ki, bu işlərin müqabilində tərəflər 2000 manatdan çox vəsait alıb, sənədləri «qaydasına» salırlar.

Bir maraqlı məqam da ondan ibarətdir ki, müxtəlif xəstəliklərlə hərbi xidmətdən yayındırılmış həmin şəxslərə sürücülük vəsiqəsi almaları üçün sağlamlıq arayışları verirlər. Famil Zeynalovun adamları sürücülük vəsiqəsi üçün sağlamlıq arayışı almaq istəyənlərə standart qiymət qoyub: 100 manat.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın