Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Göyçayda heykəlləri kim oğurlayıb? – FOTO

Göyçayda heykəlləri kim oğurlayıb? – FOTO

1976-cı ildə tikilən Göyçay rayonunun əsas futbol stadionu 40 il sonra, 2016-ci ilin sentyabr ayında əsaslı təmirdən sonra istifadəyə verilib. Təmir sonrası burada xoşagəlməz hal baş verib.

Hüquq müdafiəçisi Taleh Xasməmmədov Unikal.org-a bildirib ki, stadionun girəcəyindəki tunc heykəllər yoxa çıxıb:”İki futbolçunun və iki güləşçinin görüntüsünü özündə əks etdirən heykəllər təmirdən sonra yox çıxdı. Rayonda heykəllərin satıldığı da iddia olunur. Bir çox insanlardan maraqlanmışıq. Hələ ki, yerini bilən yoxdur”.

Əməkdaşımız Göyçay İcra Hakimiyyəti Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəxşəndə Rəcəbova ilə əlaqə saxlayıb. O Unikal.org-a bildirib ki, bu barədə məlumatı yoxdur: “Bu məsələlərə Memarlıq və Tikinti şöbəsi baxır. Ona görə, heç ə deyə bilmərəm”.

İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi ilə əlaqə yaratmaq cəhdlərimiz baş tutmadığından heykəllərin aqibətinə aydınlıq gətirən olmadı.

Mövzuya qayıdacağıq…

Göyçayda heykəlləri kim oğurlayıb?

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın