Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Görkəmli yazıçı Gülrux Əlibəyli vəfat etdi

Görkəmli yazıçı Gülrux Əlibəyli vəfat etdi

Azərbaycanın görkəmli yazıçılarından biri, tənqidçi və publisist, incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycanın və Sovet İttifaqının dövlət xadimi Gülrux Əlibəyli dünyasını dəyişib. Musavat.com xəbər verir ki, bu barədə mərhumənin qızı, tanınmış politoloq Leyla Əliyeva Facebook-da yazıb. 
Gülrux Əlibəyli müəllim ailəsində dünyaya gəlib. O, Leninqrad Universitetini və Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib. Müdafiə etdikdən sonra Bakıya qayıdıb və Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda çalışmağa başlayıb. Gülrux Əlibəyli 1964-1965-ci illərdə mədəniyyət nazirinin müavini olub və nazirin səlahiyyətlərini icra edib. O, nazirlikdə işlədiyi dövrdə milli mədəniyyətimizin inkişafına töhfələr verib, sənətə yeni başlayan Müslüm Maqomayev və bir çox başqalarına dəstək olub, yaradıcılıq sahəsində çalışanların maaşlarının artırılmasına nail olub.
12545914_10153461488239353_428352096_o
1971-ci ildən 1984-cü ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim, daha sonra isə fəlsəfə kafedrasının professoru olub. 
Gülrux Əlibəylinin ilk ədəbi məqaləsi 1958-ci ildə Moskvda “Ədəbiyyat Məsələləri” jurnalında dərc edilib. O, ədəbiyyat nəzəriyyəsi, eləcə də, kino incəsənəti, teatr, təsviri incəsənət sahəsində çoxsaylı məqalələrin müəllifidir. Gülrux xanım xeyli sayda beynəlxalq konfransların, o cümlədən, Beynəlxalq Pen Klubun toplantısının iştirakçısı olub.
Gülrux Əlibəyli “Axtarışlar, tapıntılar”, “Daim yolda”, “Düşünən dünyamız”, “ Cırpınan Dünyamız”, “ Dəyiş Dünyamız”, “ Dağılan Dünyamız” kimi 20 kitabın müəllifidir.
Qeyd edək ki, bir müddət əvvəl Gülrux Əlibəylinin anadan olmasının 88-ci ildönümü qeyd edilmişdi.
Allah rəhmət eləsin!
Musavat.com

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın